Azərbaycan-Fransız Universitetinin yeni binasının açılışı olub
Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan və Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və innovasiyalar şöbəsinin baş sirektoru Alen Berets, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Azərbaycandakı səfiri Oureliya Buşez iştirak ediblər.
Mikayıl Cabbarov bildirib ki, iki ölkə arasında əlamətdar günlərdən biridir: "Ölkələr arasında əlaqələrin qurulmasında təhsilin rolu danılmazdır. Bu ilin qəbul imtahanlarında UFAZ-a müraciət edənlərin sayında artım olub".
Jan-Batist Lömuan Azərbaycanda səfərdə olmaqdan məmnun olduğunu deyib: "Yeni tədris ilində sizlərdən böyük ümidlər gözləyirik. UFAZ üçün ayrılan tarixi bina siyasi iradənin bir nəticəsi kimi özünü büruzə verir. Fransada ən böyük zənginlik insan biliyidir. Hər iki tərəf birgə çalışmalıdır ki, gənclər yüksək səviyyədə təhsil ala bilsinlər".
Bundan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb. Bu Fond Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaq.
Qeyd edək ki, UFAZ 2017/2018 tədris ili ərzində Kimya, Geofizika, Kompüter və Neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavr proqramında 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























