Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
Azərbaycan Tekstil Assosiasiyası qlobal tekstil sektorunun ən nüfuzlu qurumu ilə birgə seminar keçirəcək. Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət olunurlar.(®) Azərbaycan Tekstil Assosiasiyası (ATA) qlobal tekstil sektorunun ən nüfuzlu qurumlarından biri olan Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) ilə əməkdaşlıq çərçivəsində, AZPROMO-nun tərəfdaşlığı, eləcə də GiLTEX və Prime Cotton şirkətlərinin sponsorluğu ilə ölkəmizdə ilk dəfə yüksək səviyyəli seminar təşkil edir.
Bu seminarın ITMF-nin 120 ildən artıq təcrübəsində Azərbaycanda keçirilən ilk tədbir olması ilə yanaşı, ölkəmizin tekstil sənayesinin beynəlxalq arenaya inteqrasiyasında da mühüm rol oynayacaq.
Seminar 7 oktyabr 2025-ci il tarixində Hyatt Regency Hotel-də baş tutacaq. Tədbirdə qanunvericilik islahatları, dayanıqlılıq, məhsul izləniləbilənliyi və ixrac imkanlarının genişləndirilməsi kimi strateji mövzular müzakirə ediləcək.
ATA-nın İcraçı direktoru Fəridə Axundova tədbirlə bağlı fikirlərini belə ifadə edir:
“ITMF-nin Azərbaycanda ilk seminarını təşkil etmək bizim üçün həm qürurverici, həm də strateji əhəmiyyət daşıyan hadisədir. Bu tədbir beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, qlobal tərəfdaşlıqların qurulması və sənayemizin gələcəyinin formalaşdırılması baxımından unikal fürsətdir.”
Seminarda ITMF-in Baş Direktoru Dr. Kristian Şindler “Qlobal Tekstil Trendləri: Qanunvericilik, İzləniləbilənlik və Dayanıqlılıq” mövzusunda çıxış edəcək. Bununla yanaşı, beynəlxalq qurumların, dövlət orqanlarının və sənaye liderlərinin iştirakı ilə strateji dialoq və əməkdaşlıq üçün unikal platforma yaradılacaq.
Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət olunurlar.
Qeydiyyat linki: https://textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/
Tarix: 7 oktyabr 2025-ci il, saat 09:00 - 17:30
Məkan: Hyatt Regency Hotel, Bakı, Azərbaycan
Azərbaycan Tekstil Assosiasiyası (ATA)
2018-ci ildə yaradılan ATA ölkənin tekstil sektorunun inkişafını dəstəkləməyə həsr olunmuş yeganə qeyri-kommersiya təşkilatıdır. ATA pambıq və tekstil istehsalı üzrə fəaliyyət göstərən şirkətləri birləşdirərək beynəlxalq standartlara uyğunlaşmanı təşviq edir və Azərbaycan tekstilinin qlobal rəqabət qabiliyyətinin artırılmasına dəstək olur.
Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF)
1904-cü ildə qurulan ITMF hazırda dünyanın 40-dan çox ölkəsində bütün tekstil dəyər zəncirini birləşdirən aparıcı qlobal forumdur. ITMF sənaye üzrə zəruri məlumatlar və analitik təhlillər təqdim etməklə qlobal investisiya və siyasət qərarlarına istiqamət verir. Federasiya dayanıqlılıq, rəqəmsal transformasiya və dairəvi iqtisadiyyata keçidin təşviqində mühüm rol oynayır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 17 d. əvvəl
-
21 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 24 d. əvvəl
-
24 d. əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 32 d. əvvəl
-
43 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
52 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 57 d. əvvəl
- 59 d. əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit

















