ADB Azərbaycan üçün inflyasiya proqnozunu dəyişməz saxlayıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.
ADB-nin sentyabr hesabatınada verilən məlumata görə, növbəti iki il üçün gözləntilər aprel proqnozları ilə müqayisədə dəyişməz qalıb.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, gələn il isə 4,3 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının (2025-ci ilin iyul ayı) son proqnozlarına əsasən, inflyasiya bu il 5,7 %, 2026-cı ildə isə təxminən 5,3 % təşkil edəcək.
BMT isə öz növbəsində bu il Azərbaycanda inflyasiyanın 3,6 %, gələn il isə 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,7 %, illik inflyasiyanın isə 5,2 % olacağını proqnozlaşdırır. Fond orta illik inflyasiyanın 2026-cı ildə 4,5 %, 2027-2029-cu illərdə isə 4 % olacağını gözləyir. Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.
Beynəlxalq reytinq agentlikləri "S&P Global" və "Moody's"in proqnozlarına görə Azərbaycanda bu il orta illik inflyasiya 4 %, gələn il isə 3 %, "Fitch Ratings"in proqnozlarına görə isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 % səviyyəsində olacaq.
Xatırladaq ki, Azərbaycanda orta illik inflyasiya ötən il 2,2 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 5,6 % olub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)