OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) sentyabr ayında gündəlik xam neft istehsalını əvvəlki aya nisbətən 524 min barel artıraraq 28 milyon 440 min barelə yüksəldib.
Marja xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, istehsalın ən çox artdığı ölkə Səudiyyə Ərəbistanı olub. Qrup daxilində istehsalda azalma müşahidə olunan yeganə ölkə isə Nigeriyadir.
Səudiyyə Ərəbistanında gündəlik istehsal 248 min barel artaraq 9 milyon 961 min barelə çatıb. Nigeriyada isə istehsal gündəlik 21 min barel azalaraq 1 milyon 517 min barel səviyyəsinə geriləyib.
Beləliklə, OPEC-in gündəlik xam neft istehsalı sentyabrda əvvəlki aya nisbətən 524 min barel artaraq 28 milyon 440 min barelə çatıb. Eyni dövrdə, OPEC və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun gündəlik istehsalı isə 630 min barel artaraq 43 milyon 46 min barel olub.
2025 və 2026 tələbi proqnozu dəyişməyib
OPEC 2025 və 2026-ci illər üçün qlobal neft tələbi artımı proqnozunu saxlayıb. Hesabata görə, 2025-ci ildə tələb əvvəlki ilə nisbətən gündəlik 1 milyon 300 min barel artaraq 105 milyon 140 min barel olacaq.
Proqnoza görə, 2025-ci ildə OECD-dən kənar ölkələrdə tələb gündəlik 1 milyon 170 min barel artaraq 59 milyon 170 min barel, OECD ölkələrində isə gündəlik 130 min barel artaraq 45 milyon 970 min barel səviyyəsində gözlənilir.
2026-cı ildə isə qlobal tələb gündəlik 1 milyon 380 min barel artaraq 106 milyon 520 min barel olacaq. Bunun OECD-dən kənar ölkələrdə 1 milyon 230 min barel artımla 60 milyon 400 min barel, OECD ölkələrində isə gündəlik 150 min barel artımla 46 milyon 120 min barel olacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















