Naxçıvanda sahibkarlığa maliyyə dəstəyi 4 dəfədən çox artıb
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu 2025-ci ilin yanvar–sentyabr ayları ərzində sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin maliyyələşdirilməsi üzrə fəaliyyətini davam etdirib.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, cari ilin 9 ayında Fond tərəfindən 114 layihənin maliyyələşdirilməsinə 11,6 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4,2 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artıb.
Maliyyələşdirilmiş kreditlər hesabına 298 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Naxçıvanda kredit borclarının geri qaytarılması və vaxtı keçmiş kreditlərin azaldılması davam edir
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 oktyabr 2024-cü il tarixinə 5,6 milyon manatdan 2025-ci il 1 oktyabr tarixinə 2,7 milyon manat və ya 1,9 dəfə azalaraq 2,9 milyon manata endirilib.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 2025-ci ilin 9 ayı ərzində 7,7 milyon manatının geri qaytarılması təmin edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















