Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində Şəriət Şurası yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində Şəriət Şurası yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində Şəriət Şurasının yaradılması son mərhələdədir.

Bunu ABA-nın icraçı direktoru Yunus Abdulov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.

Reklam_3_11

Onun sözlərinə görə, Şuranın Əsasnaməsinin hazırlanması və namizədlərin qiymətləndirilməsi artıq yekunlaşmaq üzrədir: "Yaxın vaxtlarda təsdiqlə bağlı addımlar atılacaq. Şura yalnız uyğunluğa nəzarət mexanizmi deyil, həm də sektorun etibar sütunu kimi çıxış edəcək. O, məhsulların dizaynından əməliyyatların auditinə qədər vahid istinad nöqtəsi rolunu oynayacaq".

Assosiasiya rəsmisi əlavə edib ki, atılan bütün addımlar tətbiq üçün tam uyğunluq yaradır: "Bazardakı maraq, mövcud bilik və tərəfdaşlıq şəbəkəsi, institusional dayaqlar AMB-nin strateji baxışı ilə eyni xətt üzərindədir".

 "Azərbaycan bankları İslam bankçılığı üçün hazırdır"

"Azərbaycan bankları İslam bankçılığı üçün hazırdır, bunun üçün institusional çərçivə tamamlanmalıdır", - Yunus Abdulov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, bu ilin I yarısında keçirilmiş sorğu bankların İslam maliyyəsinə marağının yalnız nəzəri deyil, həm də praktiki xarakter daşıdığını göstərib: "Artıq həmin dövrdə bəzi banklar şəriətə uyğun maliyyələşmə həlləri üzərində işləyirdi və maraq konkret məhsul ailələrinə fokuslanmışdı. Əsas mesaj odur ki, bankların marağı sabitdir, müştəri seqmentləri aydındır və ilk tətbiq dalğası üçün lazımi bilik bazası mövcuddur. Başqa sözlə, bazar hazırdır – indi ona uyğun institusional çərçivəni tamamlamaq lazımdır".

Y. Abdulov qeyd edib ki, bu mərhələdə ən mühüm transformasiya institusionallaşma istiqamətində baş verir: "Burada xüsusi olaraq Azərbaycan Mərkəzi Bankının "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nı xatırlatmaq istəyirəm. Strategiya maliyyə alətlərinin dərinləşdirilməsini və şaxələndirilməsini hədəf kimi müəyyən edir. Bu çərçivədə alternativ maliyyələşmə istiqamətlərinin – o cümlədən İslam bankçılığı və rəqəmsal kreditləşmənin – araşdırılması və hüquqi-normativ bazanın uyğunlaşdırılması nəzərdə tutulur. Artıq bankların İslam maliyyəsi məhsullarını "sandbox" rejimində sınaqdan keçirməsinə imkan yaradılıb".

AMB İslam bankçılığı üzrə potensialı artırmaq üçün təcrübə proqramlarına start verib

Azərbaycan Mərkəzi Bankı (AMB) İslam bankçılığı üzrə potensialın artırılması üçün Pakistan və Malaziya Mərkəzi Bankları, eləcə də Türkiyə İştirakçı Banklar Birliyi ilə təcrübə proqramlarına start verib.

Bunu AMB-nin Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.

O həmçinin qeyd edib ki, İslam maliyyəsi alətlərinin tətbiqindən sonra onun ilkin nəticələri təhlil ediləcək: "Bunun əsasında bu məhsulların çeşidinin və əhatə dairəsinin genişləndirilməsi imkanları qiymətləndiriləcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

ŞəriətŞurası Şəriət Şurası İslam Maliyyə Forumu 2025 Yunus Abdulov şəriətə uyğun maliyyələşmə İslam bankçılığı institusional çərçivə bank məhsulları maliyyə sektorunun inkişafı Azərbaycan Mərkəzi Bankı AMB maliyyə alətləri alternativ maliyyələşmə rəqəmsal kreditləşmə sandbox rejimi Pakistan Mərkəzi Bankı Malaziya Mərkəzi Bankı Türkiyə İştirakçı Banklar Birliyi təcrübə proqramları məhsul sınaqları bazar hazırlığı müştəri seqmentləri hüquqi-normativ baza
23.10.2025 11:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18