Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi əsas faiz dərəcəsini 100 baza bəndi (1 faiz bəndi) azaldaraq 39,5 faiz səviyyəsinə endirib. Bank son dövrə dair göstəricilərin dezinflyasiya prosesinin yavaşladığına işarə etdiyini vurğulayıb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, Mərkəzi Bank pul siyasəti faizini 1.00 faiz bəndi də azaldaraq 40,5%-dən 39,5%-ə endirib.
Sentyabr ayında keçirilən iclasda TCMB bir həftəlik repo hərracı üzrə faizini (əsas faiz və ya uçot dərəcəsi) 2,50 faiz bəndi azaldılaraq 43%-dən 40,5%-ə endirilmişdi.
İqtisadçıların da oktyabr ayı üçün proqnozlarıfaiz endiriminin davam edəcəyi yönündə idi.
Türkiyə Mərkəzi Bankı Pul Siyasəti Komitəsinin qərar mətnində aşağıdakı ifadələr yer alıb:
“İnflyasiyanın əsas meyli sentyabr ayında yüksəlmişdir. Son dövrə aid göstəricilər tələbin azalma yönündə olduğunu, lakin dezinflasiya prosesinin yavaşladığını göstərir. Xüsusilə ərzaq qiymətləri başda olmaqla, son dövrdə bir sıra qruplar üzərə qiymət dinamikası dezinflasiya prosesinə risklər yaradıb.
Qiymət sabitliyi təmin olunana qədər davam etdiriləcək sərt pul siyasəti mövqeyi, tələbat, məzənnə və gözləntilər kanalları vasitəsilə dezinflasiya prosesini gücləndirəcəkdir. Komitə, faiz dərəcəsi ilə bağlı atacağı addımları inflyasiya nəticələrini, əsas meylləri və gözləntiləri nəzərə alaraq, aralıq hədəflərlə uyğun şəkildə, dezinflasiyanın tələb etdiyi sərtliyi təmin edəcək formada müəyyən edəcək. Addımların miqyası inflyasiyanın vəziyyətinə əsaslanaraq, hər iclas üzrə və ehtiyatlı yanaşma ilə yenidən qiymətləndiriləcək. Əgər inflyasiya aralıq hədəflərdən əhəmiyyətli dərəcədə uzaqlaşarsa, pul siyasəti daha da sərtləşdiriləcək.
Kredit və depozit bazarlarında gözlənilməyən proseslər olarsa, pul ötürmə mexanizmi əlavə makro-ehtiyat tədbirlərlə dəstəklənəcək. Likvidlik şəraiti yaxından izlənəcək və likvidlik idarəetmə alətləri effektiv şəkildə istifadə olunmağa davam ediləcək.
Komitə, qərarlarını inflyasiyanı orta müddətli perspektivdə 5% hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə müəyyən edəcək. Komitə qərarlarını proqnozlaşdırıla bilən, məlumatlara əsaslanan və şəffaf çərçivədə qəbul edəcək.”
Sentyabrda 2,50 faiz bəndi endirim edilmişdi
Türkiyə Mərkəzi Banki sentyabr iclasında uçot dərəcəsini 2,50 faiz bəndi azaldaraq 40,5%-ə endirmişdi. Komitə həmçinin gecəlik borclanma faizini 41,5%-dən 39%-ə, borcvermə faizini isə 46%-dan 43,5%-ə endirmişdi.
Mərkəzi Bankın 2025-ci il üçün aralıq inflyasiya hədəfi 24%-dir
TCMB ilin 3-cü İnflyasiya Hesabatında proqnoz metodologiyasını dəyişmişdir. Bank, proqnozlarla yanaşı, aralıq hədəflər də müəyyən edib.
Əvvəlki hesabatda 2025-ci ilin sonu üçün nəzərdə tutulan 24%-lik inflyasiya proqnozu 2025 aralıq hədəfi kimi qorunub saxlanılıb. 2026 və 2027-ci illər üçün isə müvafiq olaraq 16% və 9% səviyyəsində hədəflər müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 51 d. sonra
-
- 28 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
1 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
1 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər






.jpg)





.jpg)









