Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Novartis" nadir xəstəliklər üçün dərman hazırlayan ABŞ şirkətini 12 milyard dollara alır

İsveçrənin Novartis şirkəti ABŞ-ın biotexnologiya şirkəti Avidity Biosciences-i 12 milyard dollara almağa razılaşıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Novartis" nadir xəstəliklər üçün dərman hazırlayan ABŞ şirkətini 12 milyard dollara alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsveçrənin "Novartis" şirkəti ABŞ-ın biotexnologiya şirkəti "Avidity Biosciences"i 12 milyard dollara almağa razılaşıb. Avidity nadir genetik xəstəliklərin, o cümlədən I tip miotonik distrofiya və əzələ distrofiyası, müalicəsi üçün RNA əsaslı innovativ dərmanlar hazırlayır.

Marja xəbər verir ki, bu ilin əvvəlindən "Novartis" ABŞ-da üç biotexnologiya şirkətini almışdır: "Tourmaline Bio" (1,4 milyard dollar), "Regulus Therapeutics" (1,7 milyard dollar) və "Anthos Therapeutics" (3,1 milyard dollar).

Reklam_3_11

"Novartis"in yaydığı açıqlamaya görə, "Avidity Biosciences"in alınması 12 milyard dollara baş tutacaq (hər səhm üçün 72 dollar - bazar qiymətindən 46% baha). 

24 oktyabrda Nyu-York birjasında Avidity-nin səhm qiymətləri 1,2% artaraq 49,15 dollar səviyyəsində bağlanıb və bazar kapitallaşması təxminən 6,8 milyard dollar olub. 

Əqəd 2026-cı ilin ilk yarısında tamamlanacaq. 

İlin əvvəlindən İsveçrəli dərman istehsalçısı ABŞ-da üç biotexnologiya şirkətini alıb:

Anthos Therapeutics (3,1 milyard dollar) – insultun qarşısını alma dərmanı hazırlayan şirkət;

Regulus Therapeutics (1,7 milyard dollar) – mikroRNA əsaslı terapiya vasitələri;

Tourmaline Bio (1,4 milyard dollar) – sistemik iltihabı azaldan dərmanlar, əsas səbəb ürək-damar xəstəlikləri.

Aprel və iyul aylarında "Novartis" süd vəzi xərçəngi, skleroz və psoriaz dərmanları sayəsində illik gəlir proqnozunu artırıb. Şirkət son rübün nəticələrini 28 oktyabrda açıqlayacaq.

27.10.2025 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar