"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
Tesla şirkətinin İdarə Heyətinin sədri Robyn Denholm səhmdarlara məktubla müraciət edərək, baş direktor Elon Musk üçün nəzərdə tutulan təxminən 1 trilyon dollar dəyərində kompensasiya paketinin təsdiqlənməməsi halında onun şirkətdən ayrıla biləcəyini xəbərdarlıq edib.Tesla-nın İdarə Heyətinin sədri Robyn Denholm bir daha səhmdarlara müraciət edərək, şirkətin baş direktoru Elon Musk (İlon Mask) üçün nəzərdə tutulan misilsiz ödəniş paketini təsdiqləməyə çağırıb. Bu paket şirkətə 1 trilyon dollara başa gələ bilər və Maskın şirkətdən ayrılması riski ilə müşayiət olunur.
Marja xəbər verir ki, Denholm-un bazar ertəsi səhər səhmdarlara göndərdiyi məktub (keçən həftə göndərilən məktubun ardınca) xəbərdarlıq edir ki, əgər səhmdarlar planı təsdiqləməsələr, Tesla Maskın liderliyini itirə bilər. Sentyabrın əvvəlində açıqlanan təklifə əsasən, Maska 12 böyük səhm opsionu paketi veriləcək və bunlar şirkətin İdarə Heyəti tərəfindən “çətin və iddialı” hesab edilən məqsədlərlə əlaqələndiriləcək.
Denholm məktubunda yazıb:
“Əgər biz İlonu ədalətli və nəticəyə əsaslanan ödəniş planı ilə böyük işlərə ruhlandıra bilməsək, onun rəhbər vəzifədən ayrılması riski yaranacaq. Tesla onun vaxtını, istedadını və vizyonunu itirə bilər, bunlar isə indiyə qədər səhmdarlara qeyri-adi gəlirlər qazandıran əsas amillər olub.”
O bildirib ki, Maskın rəhbərliyi olmadan Tesla mühüm dəyər itkisinə məruz qala bilər, çünki onun rolu avtomobil, robototexnika, enerji saxlama və avtonom idarəetmə sahələrində həlledici əhəmiyyət daşıyır.
Bazar ertəsi Tesla-nın səhmləri ümumi bazar artımı fonunda 4%-dən çox bahalaşıb.
Musk və Denholm bildirirlər ki, həm əvvəlki, həm də yeni “kompensasiya planları” əslində Musk-ı Tesla-da saxlamaq və şirkətin uğuruna marağını qorumaq məqsədi daşıyır. Musk-ın öz səhm paketlərini ən azı 7,5 il müddətində sata bilməyəcəyi və tam mükafatı qazana bilməsi üçün çox iddialı məqsədlərə çatmalı olduğu vurğulanır. Bu hədəflərə aşağıdakılar daxildir:
-Tesla-nın EBITDA-sını 400 milyard dollara çatdırmaq (şirkətin ötənilki göstəricisi 16,6 milyard dollar olub);
- Bazar dəyərini 8,5 trilyon dollara yüksəltmək (hal-hazırda Tesla-nın bazar dəyəri təxminən 1,44 trilyon dollardır).
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















