FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı faizlərini 0,25 faiz bəndi azaldaraq 3,75% – 4,00% aralığında endirib. FED bu il 2-ci dəfə faiz endirimi həyata keçirdib.ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, FED faizlərini 0,25 faiz bəndi azaldaraq 4%- 4.25% aralığından 3,75% - 4% aralığına endirib. Bazarlara da FED-in fizlərini 0,25 faiz bəndi azaldacağı gözlənilirdi.
Bundan əlavə, Fed 1 dekabrdan balansın azaldılmasını dayandıracağını açıqlayıb.
Beləliklə, ABŞ Federal Ehtiyat Sisteminin (Fed, ABŞ Mərkəzi Bankı) siyasətçiləri gecəlik kredit faiz dərəcəsini 0,25 faiz bəndi (25 baza bəndi) azaltmaq qərarını açıqlayıblar. Bununla da əsas faiz dərəcəsi 3,75%–4,00% aralığında hədəflənəcək.
FED sonuncu dəfə sentyabr iclasında 25 baza bəndi endirim etmişdi və bu, ötən ilin dekabrından bəri ilk faiz azaldılması idi.
Bakı vaxtı ilə saat 22:30-da FED sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq.
ABŞ-da Federal hökumətin bağlanması məşğulluq və inflyasiya ilə bağlı əsas hesabatların açıqlanması gecikdiyi üçün siyasətçilər iqtisadi məlumatların olmaması ilə üzləşirlər.
İclasdan sonrakı bəyanatda ABŞ Mərkəzi Bankının Federal Açıq Bazar Komitəsi (FOMC) iqtisadi məlumat çatışmazlığının yaratdığı qeyri-müəyyənliyi qəbul edərək, ümumi iqtisadi vəziyyətlə bağlı qiymətləndirməsini daha ehtiyatlı formada ifadə edib.
Bəyanatda deyilir:
“Mövcud göstəricilər iqtisadi fəaliyyətin orta templə genişləndiyini göstərir. Bu il ərzində məşğulluq artımı yavaşlayıb, işsizlik səviyyəsi bir qədər yüksəlsə də, avqust ayına qədər aşağı səviyyədə qalıb; son göstəricilər də bu meyillə uzlaşır. İnflyasiya ilin əvvəlindən bu yana artıb və müəyyən qədər yüksək səviyyədə qalır.”
Gözlənildiyi kimi, Federal Ehtiyat Sistemi (Fed) çərşənbə günü əsas faiz dərəcəsini 25 baza bəndi (0,25 faiz bəndi) azaldaraq 3,75%–4,00% aralığına endirib. Bu göstərici, ABŞ-da istehlakçılara verilən bir çox kreditlərin faiz dərəcələrinə birbaşa təsir göstərir. Məsələn, ABŞ-da əksər kredit kartları dəyişkən faiz dərəcəsinə malikdir və buna görə federal fond dərəcəsi ilə birbaşa əlaqəlidir. Fed faizləri azaltdıqda, əsas faiz (prime rate) da enir və bu, kredit kartı borclarının faiz dərəcəsinin azalmasına səbəb ola bilər.
Digər kredit növləri – avtomobil, ipoteka və tələbə kreditləri – daha yavaş təsirlənsə də, hazırkı və gələcək borcalanlar üçün nəticələr doğura bilər.
XXX
FED üzvü Stephen Miran 50 baza bəndi endirimin tərəfdarı olub, digər üzv Jeffrey Schmid isə faiz dərəcəsinin dəyişməz qalması yönündə səs verib.
Qərar mətnində qeyd olunub ki, inflyasiya ilin əvvəlindən yüksəlib və hələ də nisbətən yüksək səviyyədə qalır. Son aylarda məşğulluq risklərinin artdığı vurğulanıb və açıqlanan son məlumatların “işə qəbulun yavaşlaması” müşahidəsini təsdiqlədiyi bildirilib.
FED sədri Jerome Powell (Cerom Pauel) bir neçə gün əvvəlki açıqlamasında balansın azaldılması prosesinin qarşıdakı aylarda başa çatdırıla biləcəyini söyləmişdi. Faiz qərarı, ABŞ federal hökumətinin fəaliyyətinin dayandırıldığı, yəni bəzi əhəmiyyətli iqtisadi göstəricilərin açıqlanmadığı bir şəraitdə qəbul edilib. Powell bu aykı çıxışında əmək bazarındakı risklərə diqqət çəkmiş və Federal Açıq Bazar Komitəsinin (FOMC) əsasən bu risklərə fokuslandığını bildirmişdi. Hökumətin bağlanmasına baxmayaraq, son açıqlanan inflyasiya göstəriciləri bazar gözləntilərindən aşağı olub, bu da Fed-in oktyabr iclasında faiz endirimi qərarı verəcəyi barədə gözləntiləri gücləndirmişdi. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp uzun müddətdir iqtisadiyyatı canlandırmaq məqsədilə Fed sədrini daha aqressiv faiz endirimləri etməyə çağırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 15 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARKA tərəfindən 2026-cı ildə 4 müsabiqənin keçirilməsi nəzərdə tutulur
-
1 saat əvvəl
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
-
2 saat əvvəl
Azərbaycan xarici ölkələrdən dəyəri 100 milyon dollardan çox olan ət alıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Ən çox oxunanlar
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU
SOCAR-ın prezidenti ərəb şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu









.jpg)








.jpg)

