“Kapital Bank”dan limit açıqlaması
“Müştəri davranışlarına uyğun olaraq bir qism müştəridə fərdi yanaşma nəticəsində müxtəlif limitlər tətbiq edilir”.
Marja.az xəbər verir ki, bu barədə “Kapital Bank” məlumat yayıb.
Məlumatda deyilir:
"Yerli maliyyə bazarında innovativ həllərin ilk yaradıcılarından olan Kapital Bank milyonlarla müştərisinə rəqəmsal üstünlüklər təklif edir. Xüsusən də köçürmələr istiqamətində müştərilərinin tələbini qarşılayan bank, rəqibləri arasında ilk sıralarda yer alır.
Belə ki, banka məxsus 10 milyona yaxın kartdan Birbank kartlarına köçürmələr tamamilə limitsiz və kommisiyasızdır. Yəni, Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Digər yerli bank kartlarına köçürmə edənlərsə şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər.
Qeyd edək ki, müştəri davranışlarına uyğun olaraq bir qism müştəridə fərdi yanaşma nəticəsində müxtəlif limitlər tətbiq edilir. Həmin müştərilər Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bu haqda ətraflı məlumat ala bilərlər. Bunun üçün mobil tətbiqdə kart məlumatlarına daxil olaraq “Xərclər üzrə limit” bölməsindən şəxsi limiti görmək mümkündür. SMS və ya Birbank tətbiqində bildiriş almayan müştərilərsə kartın üstünlüklərindən hər zaman olduğu kimi istifadə edə bilərlər.
Həmçinin ölkənin dörd bir yanında olan 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə maliyyə əlçatanlığı təqdim edir. Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və komissiyasız mədaxil şansı da yaradır.
Eyni zamanda Birbank taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir. Üstünlüklərlə dolu Birbank Star kredit kartı isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş etmir.
Birbank kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor mağazalardan və mollarda yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək olar.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
4 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























