"Kontakt”a qarşı yayılan iddialar gerçəyi əks etdirmir - AÇIQLAMA
"Şirkətimiz heç vaxt Almaniya istehsalı ilə bağlı çaşdırıcı reklam və ya çağırışlardan istifadə etməyib. Mağazalarımızda satılan “Hoffmann” məhsullarının istehsal ölkəsi barədə bütün məlumatlar həm satış prosesində, həm də rəsmi sənədlərdə açıq və düzgün göstərilir."Son günlər mediada “Kontakt” mağazalarında satılan “Hoffmann” markalı məhsulların mənşəyi ilə bağlı şirkətimizə yönəlmiş bir sıra əsassız iddialar yayılıb.
Marja.az xəbər verir ki, bu, “Kontakt” mağazalarını idarə edən “ABC Telecom” MMC-nin yaydığı məlumatda bildirilir.
"Öncəliklə bildiririk ki, bu iddiaların heç biri həqiqəti əks etdirmir. Bununla əlaqədar, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şirkətimizlə bağlı qəbul etdiyi qərarından aidiyyəti orqana rəsmi qaydada şikayət təqdim etmişik.
Mağazalarımızda satılan “Hoffmann” məhsullarının istehsal ölkəsi barədə bütün məlumatlar həm satış prosesində, həm də rəsmi sənədlərdə açıq və düzgün göstərilir. Şirkətimiz heç vaxt Almaniya istehsalı ilə bağlı çaşdırıcı reklam və ya çağırışlardan istifadə etməyib və bu hal Agentliyin araşdırmanı aparan Komissiyasının qərarında da öz təsdiqini tapıb.
Qeyd edək ki, “Hoffmann” məhsulları Avropa bazarı üçün nəzərdə tutulsa da, istehsalı hazırda Türkiyədə, Özbəkistanda, həmçinin Apple, Samsung, LG və s. markalarda olduğu kimi, Çində də həyata keçirilir. Bu, qlobal sənaye praktikasının bir hissəsidir və biz bunu gizlətmirik. Müştərilərə təqdim etdiyimiz məlumatlarda və sənədlərdə istehsal ölkəsi tam şəkildə əks olunur", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























