Unicapital yeni UTrader veb-portalını geniş auditoriyaya təqdim etdi
(®) Unicapital İnvestisiya Şirkəti investorlar və investisiya ilə maraqlananlar üçün “İnvestisiyada yeni təcrübə: UTrader veb-portalı” mövzusunda maarifləndirici vebinar təşkil edib.
Tədbirin əsas məqsədi şirkətin müasir investisiya həlləri, o cümlədən yeni Trading Portal veb-platformasının funksionallığını ətraflı izah etmək və istifadəçilərin investisiya prosesini daha rahat həyata keçirməsinə dəstək olmaq olub.
Vebinar zamanı Unicapital-ın Pərakəndə satış və xidmət şöbəsinin rəhbəri Mənsimə LətifovaTrading Portal-ın real istifadəsini nümayiş etdirib. Əməliyyatların icrası, hesabatlar bölməsinin istifadəsi, hesabların idarə edilməsi, multidiaqramlar paneli və digər vacib alətlər barədə detallı izah verilib.
Vebinarla paralel olaraq, Unicapital-ın direktoru Tofiq Həsənov yeni veb-portal haqqında fikirlərini bölüşüb:
“UTrader Trading Portal-ı investorlara daha çevik, şəffaf və analitik baxımdan zəngin investisiya mühiti təqdim etmək məqsədilə hazırlanıb. Hədəfimiz müştərilərimizin qərarvermə prosesini ən yüksək standartlara uyğunlaşdırmaq və onlara qlobal bazarlara çıxışda daha peşəkar və intuitiv alətlər təqdim etməkdir. Bu platforma həm təcrübəli, həm də yeni başlayan investorlar üçün innovativ investisiya mədəniyyətinin formalaşmasına xidmət edir”.
Xatırladaq ki, UTrader Unicapital tərəfindən təqdim olunan müasir investisiya platformasıdır. Bu platforma vasitəsilə dünyanın aparıcı fond bazarlarında səhm və ETF-lər, kriptovalyutalar kimi 40 000-dən çox alətlə ticarət aparmaq mümkündür.
Şirkət müştərilərinin investisiya biliklərini artırmağa xüsusi diqqət ayırır və oxşar vebinarların davamlı təşkilinə xüsusi önəm verir. Növbəti vebinarlar barədə məlumatlı olmaq istəyən şəxslər link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/SP93Bu1K27AnG6mb8
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 24 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)





.jpg)







