Karabakh Group/Aqil Talıbov: "Satınalmada yalnız ən aşağı qiymət prinsipi deyil, “ən ağıllı təklif” yanaşması prioritet olmalıdır"
"Zəif sənədləşmə və gecikmələr büdcə itkilərinə, satınalma proseslərində qeyri-müəyyənliyə səbəb olur. Sənədləşmə mühəndisliyinin ayrıca peşə sahəsi kimi inkişaf etdirilməsi və rəqəmsal sistemlərin tətbiqi tikinti sənayesinin keyfiyyət və şəffaflıq standartlarını yüksəldə bilər".15 noyabr tarixində “Gülüstan” Sarayında keçirilən Təchizat Zənciri Liderləri Zirvəsinin sponsorlarından biri "Karabakh Group" şirkəti olub.
Şirkət tədbirdə xüsusi stendlə iştirak edərək Qarabağda və bir çox regionda icra etdiyi tikinti və infrastruktur layihələri, eləcə də müasir idarəetmə və satınalma yanaşmaları barədə iştirakçılara məlumat təqdim edib.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində şirkətin Maliyyə və Kommersiya direktoru Aqil Talıbov spiker qismində çıxış edib. O, tikinti sektorunda sənədləşmə və aktlaşdırma mədəniyyətinin əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, layihələrin dayanıqlığı yalnız texniki icra ilə deyil, həm də sağlam sənədləşmə sistemi ilə təmin olunur.
Aqil bəy bildirib ki, zəif sənədləşmə və gecikmələr büdcə itkilərinə, satınalma proseslərində qeyri-müəyyənliyə səbəb olur. Onun sözlərinə görə, sənədləşmə mühəndisliyinin ayrıca peşə sahəsi kimi inkişaf etdirilməsi və rəqəmsal sistemlərin tətbiqi tikinti sənayesinin keyfiyyət və şəffaflıq standartlarını yüksəldə bilər.
Maliyyə direktoru həmçinin qeyd edib ki, satınalmada yalnız ən aşağı qiymət prinsipi deyil, “ən ağıllı təklif” yanaşması prioritet olmalıdır. O, sadələşdirilmiş prosedurların və çevik ödəniş mexanizmlərinin KOB-ların tikinti və təchizat proseslərinə daha aktiv qoşulmasına imkan yaratdığını vurğulayıb. KOB-ların aktiv iştirakı həm bazarda sağlam rəqabəti formalaşdırır, həm də yerli istehsalın və xidmətlərin keyfiyyətini yüksəldir.
"Karabakh Group" tədbirdə həm sponsor, həm də spiker qismində iştirak edərək sektorun inkişafı, sənədləşmə mədəniyyəti və satınalma standartları ilə bağlı önəmli mesajlar verib.
Qeyd edək ki, "Karabakh Group" - Qarabağ regionunda və ölkənin müxtəlif ərazilərində genişmiqyaslı tikinti, infrastruktur layihələri həyata keçirən və layihələrin idarə olunması üzrə peşəkar həllər təqdim edən yerli şirkətdir. Şirkət müasir idarəetmə yanaşmaları, təhlükəsizlik standartları, rəqəmsal proseslər və dayanıqlı tikinti təcrübəsinə əsaslanaraq fəaliyyət göstərir. Karabakh Group həm dövlət, həm də özəl sektor üçün iri həcmli layihələrin icrasında etibarlı tərəfdaş kimi tanınır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub


























