ABB müştərilərinə AI-khan və AI-nur kömək göstərəcəklər
ABB-də gələcəyin bankçılığını qarşılayın – səsli süni intellekt köməkçisi ilə bank əməliyyatları!(®) Bir çox yeni təcrübələri ölkəmizə gətirən ABB bu dəfə müştərilərinə tamamilə fərqli bir xidmət təqdim edib.
Artıq ABB müştəriləri süni intellekt əsaslı səsli icra təcrübəsindən də faydalana bilərlər. AI-khan və AI-nur adlı virtual köməkçilər onlara ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərəcək, əməliyyatlarını səsli komandalarla yerinə yetirəcək, suallarını cavablandıracaqlar.
Bu yenilik hazırda Beta test mərhələsindədir. ABB mobile tətbiqinin əvvəlcədən qeydiyyatdan keçmiş 10 000 istifadəçisi artıq AI-khan və AI-nurla danışıb ilk funksiya kimi telefon nömrəsi ilə pul köçürməsini test edə bilərlər.
Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, virtual köməkçi dərhal əməliyyatı yerinə yetirir.
Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur.
İlkin mərhələdə hələlik bu imkan pul köçürmələrinə və bankla bağlı sualların cavablandırılmasına aid olsa da, tezliklə yeni süni intellekt təcrübəsi başqa bank əməliyyatlarını da əhatə edəcək və müştəri rəylərini nəzərə alaraq daha da təkmilləşdiriləcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)










