ABŞ-ın investisiya fondları tərəfindən idarə olunan aktivlərin həcmi ilk dəfə 8 trilyon dolları keçib
artmış, dekabrın ilk günündə isə $39,7 milyard yüksəlmişdir. 2025-ci il üzrə isə aktivlər il ərzində $848,3 milyard (11,8%) artaraq ümumi səviyyəyə çatıb.ABŞ-ın valyuta bazarı fondları (pul bazarı fondları və ya investisuya fondları), idarə olunan aktivlərin həcmi 8 trilyon dolları aşması ilə önəmli bir həddi geridə qoyublar.
Marja xəbər verir ki, bu, yüksək gəlirləri sayəsində investorlar arasında getdikcə daha populyarlaşan sektor üçün mühüm bir mərhələdir.
İnvestisiya fondları barədə məlumat şirkəti "Crane Data"nın məlumatına görə, cəmi aktivlər keçən həftə təxminən 105 milyard dollar artaraq bazar ertəsi günü rekord səviyyəyə - 8 trilyon 22 milyard dollara çatıb.
Investorlar, ABŞ Mərkəzi Bankının (FED) faiz endirimlərinə baxmayaraq, digər investisiya vasitələrinə, xüsusilə bank depozitlərinə nisbətən daha yüksək gəlir təklif etdiyi üçün investisiya fondlarına yönəlməyə davam etdilər.
"Crane Data"nın məlumatına görə, ən böyük 100 fondu izləyən "Crane 100 İndeksi"nin 1 dekabr tarixinə olan 7 günlük gəliri 3,80% təşkil edib.
"TD Securities"in ABŞ faiz strategiyası rəhbəri Gennadiy Goldberg bildirib ki, FED-in tədricən faiz endirimlərinə baxmayaraq gəlirlər davam edir və buna görə də investisiya fondları kapital axınlarını cəlb etməyə davam edirlər.
Goldberg deyib: "Faiz dərəcələrinin tədricən azalması ilə kapital axınlarının da tədricən azalmasını gözləyirik, lakin tarixi olaraq 2%-dən yüksək gəlirlər investisiya fondlarına kapital axınlarını cəlb etməyə davam etməlidir."
"Crane Data"nın məlumatına görə, investisiya fondlarına 2025-ci ilin 11 ayı ərzində 848,3 milyard dollar, Noyabr ayında isə 132,8 milyard dollar kapital girişi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















