Zəif məlumatlara baxmayaraq, qızılın qiyməti aşağı düşüb
Qızılın qiyməti, ABŞ-da açıqlanan zəif özəl sektor məşğulluq məlumatlarının, ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) gələn həftə keçirəcəyi pul siyasəti iclasında faiz endiriminə gedəcəyi ilə bağlı gözləntiləri gücləndirməsinə baxmayaraq, az da olsa düşüb.
Marja xəbər verir ki, qızıl 0,3% ucuzlaşaraq bir unsiyası 4 min 195 dollara düşüb (Bakı vaxtı ilə saat 09:15-ə olan məlumat). ABŞ qızıl fyuçersləri isə 0,1% artaraq 4 min 237,50 dollara yüksəlib.
Məşğulluq məlumatları və FED gözləntiləri
ABŞ-da özəl sektor məşğulluğu noyabr ayında 32 min nəfər azalaraq iqtisadçıların 10 min nəfərlik artım proqnozunu qarşılamayıb. Bu zəif göstərici, CME FedWatch alətinə əsasən, gələn həftə keçiriləcək iclasda faiz endirimi ehtimalını 90%-ə qaldıraraq bazarlarda güclü gözlənti yaradıb. Böyük broker şirkətləri də 9–10 dekabr tarixli iclasda faiz endirimi gözləyir.
İnvestorların diqqəti cümə günü (05 dekabr 2025) açıqlanacağı gözlənilən və gecikmiş şəkildə yayımlanacaq sentyabr ayı Fərdi İstehlak Xərcləri (PCE) Qiymət İndeksinə yönələcək. Bu göstərici, FED-in inflyasiya gözləntilərivə faiz trayektoriyası barədə daha çox ipucu verəcək.
Dollar və digər qiymətli metalların vəziyyəti
Gözləniləndən zəif iqtisadi göstəricilər, faiz endirimi gözləntilərini artıraraq dolların cümə axşamı son beş həftənin ən aşağı səviyyəsinə enməsinə səbəb olub. Faizlərin azalması, gəlir gətirməyən qızıl kimi aktivləri daha cəlbedici edir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp, Fed sədri Jerome Powell-ın əvəzlənəcəyi şəxsin gələn ilin əvvəlində açıqlanacağını bildirib. Tramp aylardır FED-ə faiz dərəcələrini endirməsi üçün təzyiq göstərir. May ayında səlahiyyət müddəti başa çatacaq Jerom Pauellin yerinə keçəcək şəxsi müəyyənləşdirmək, Trampa qurumu yenidən formalaşdırmaq üçün indiyə qədərki ən böyük imkanı verəcək. Tramp, Pauelli faiz endirimlərində çox yavaş və ehtiyatlı davrandığına görə tənqid edir. Prezident, Pauelldən sonra gələcək şəxsin faizləri endirməkdə daha qətiyyətli addımlar atmasını gözlədiyini bildirib.
Dünyanın ən böyük qızıl dəstəkli birja fondunun – SPDR Gold Trust-ın qızıl ehtiyatları çərşənbə günü 1.048,29 tondan 1.046,58 tona düşərək 0,16% azalıb.
Gümüş 0,2% ucuzlaşaraq bir unsiyası 58,39 dollara, platin 0,8% ucuzlaşaraq 1.657,70 dollara, palladiumun qiyməti isə 0,9% geriləyərək 1.446,50 dollara enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)


.jpg)





