ABŞ Venesuela hakimiyyətini “terror təşkilatı” kimi tanıdı, neft tankerlərinin bloklanması ilə bağlı göstəriş verdi
ABŞ Prezidenti Donald Tramp sanksiyalara məruz qalan Venesuela mənşəli bütün neft tankerlərinin bloklanması barədə göstəriş verdiyini açıqlayıb.ABŞ Prezidenti Donald Tramp sanksiyalara məruz qalan Venesuela mənşəli bütün neft tankerlərinin bloklanması barədə göstəriş verdiyini açıqlayıb.
Marja xəbər verir ki, ABŞ Prezidenti Tramp sosial şəbəkə hesabında paylaşım edərək Venesuela hakimiyyətini bir daha sərt şəkildə hədəf alıb.
Venesuela hakimiyyətini “xarici terror təşkilatı” kimi tanıdıqlarını qeyd edən Tramp, “Venesuela Cənubi Amerika tarixinin ən böyük donanması tərəfindən tam şəkildə mühasirəyə alınıb. Bu donanma getdikcə böyüyəcək və onlara indiyədək görmədikləri bir şok yaşadacaq,” - bildirib
Sözügedən mühasirənin Venesuelanın ABŞ-dən oğurladığını iddia etdiyi bütün neft, torpaq və digər aktivləri geri qaytarana qədər davam edəcəyini bildirən Tramp, “Bu səbəbdən bu gün Venesuelaya daxil olan və oradan çıxan sanksiyalara məruz qalan bütün neft tankerlərinin bloklanması barədə göstəriş verirəm,” ifadəsini işlədib.
Venesuelada Nikolas Maduro hakimiyyətinin “qanunsuz” olduğunu iddia edən Tramp, “oğurlanan” neft yataqlarından əldə edilən neftlə Venesuela hakimiyyətinin maliyyələşdirildiyini irəli sürüb.
ABŞ Prezidenti Tramp, “Amerika düşmən bir rejimin neftimizi, torpaqlarımızı və ya digər aktivlərimizi ələ keçirməsinə icazə verməyəcək. Bu aktivlərin hamısı dərhal Amerika Birləşmiş Ştatlarına qaytarılmalıdır,” - bildirib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















