Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, qrtıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən “bloklaya” bilərlər.
Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi məkan təmin edir. Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının, fərdiləşdirilmiş səyahət həllərinin genişləndirilməsi və sərnişin rahatlığının artırılması strategiyasının növbəti addımıdır. Xidmət yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və “Extra Legroom” kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.
Xidmətin tətbiqi qaydası:
– Aviabilet alındıqdan sonra sərnişinə uçuşdan bir neçə gün əvvəl yan oturacağı bloklamaq imkanı barədə elektron məktubla müraciət göndərilir. Eyni zamanda sərnişin AZAL-ın veb-saytının “AZAL Upgrade” səhifəsi və ya “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.
– Uçuşdan əvvəl sərnişinə təklifinin qəbul olunub-olunmaması barədə məlumat göndərilir.
– Xidmətin dəyəri marşrutdan, uçuşun müddətindən və həmin anda təyyarənin doluluq səviyyəsindən asılı olaraq dəyişir.
– Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər reys tam dolu olarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş avtomatik olaraq geri qaytarılır və sərnişinə bu barədə bildiriş göndərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 19 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























