Fed faiz qərarını açıqladı - Dollar bahalaşır
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN!
Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası bu gün başa çatıb.
Gözlənildiyi kimi, iclasda uçot dərəcəsi sabit - 1,00%-1.25% aralğında saxlanılıb.
Fed Oktyabr ayından başlayaraq balansını azaltmaq qərarını verib. Fed 4,5 trilyon dollarlıq balansı azaltmaq planına 10 milyard dollar ilə Oktyabr ayında başlayacaq.
İqtisadi risklərin balanslı olduğunu təkrarlayan Fed, inflyasiyanın 2% səviyyəsinə 2019-cu ildə çatacağını proqnozlaşdırır.
Fed 2017-ci ildə daha bir dəfə, (Dekabr ayında ehtimal olunur), 2018-ci il üçün isə 3 faiz artırımı nəzərdə tutur.
Fed bu il Mart və İyun aylarında 25 bənd olmaqla 2 dəfə faiz artırmışdı.
Fed qeyd edib ki, iqtisadi vəziyyət faizi mərhələli artırmağa imkan verir.
Fed 2018-ci il üçün baza inflyasiya gözləntisini 2%-dən 1.9%-ə endirib.
ABŞ Mərkəz Bankı, 2018-ci il üçün iqtisadi artım gözləntisini 2.1%-də saxlayıb, 2019-cu il üçün isə 1.9%-dən 2%-ə qaldırıb.
Qərardan sonra (saat 22:48) Dollar Avro qarşısında 0,9% bahalaşıb və Avro/Dollar məzənnəsi 1.1883-ə düşüb. Faiz qərarından əvvəl məzənnə 1.2010 səviyyəsinədək qalxmışdı.
Federal Açıq Bazar Komitəsinin açıqlamasında, "Qasırğalar iqtisadi fəallığa yaxın dövrdə təsir göstərəcək. Ancaq əvvəlki təcrübələrə nəzər saldıqda fırtınaların, iqtisadiyyatın gedişini orta müddətdə təsir göstərməsinin mümkün olmadığı" ifadəsinə yer verilib.
Bununla yanaşı, ABŞ iqtisadiyyatına dair, əmək bazarının gücləndiyi və iqtisadi fəallıqda mülayim bir artım olduğu, inflyasiyanın isə bu il azaldığı və 2%-dən aşağı olduğu qeyd edilib.
Fed rəsmiləri, stabil iqtisadi artım olacağına və aşağı işsizliyin inflyasiyanı hədəfə yaxınlaşdıracağına inanır.
İnflyasiyanın 2%-lik hədəfə yaxınlaşması, faizin artırılmasını və monetar genişlənmədən çıxış ilə baş verəcək mərhələli sərtləşdirmə siyasətini dəstəkləyən xarakterdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























