Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
Təməl mərhələsindən sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyənlər üçün "Sahil Park"dan yeni fürsət!
Yaşayış sahəsinə investisiya etməyi düşünənlər üçün əlverişli zaman məhz tikintinin ilkin mərhələsidir. Təməl mərhələsindən alınan mənzillər həm daha sərfəli qiymətlərlə, həm də gələcəkdə yüksək dəyər qazanmaq imkanı ilə seçilir. Bu baxımdan "Kristal" Sumqayıt bulvarında, Sumqayıt Dənizkənarı Parkın ərazisində, Göyərçin heykəlinin yanında yerləşən “Sahil Park” yaşayış kompleksində yeni mərhələdə mənzilləri satışa çıxarıb. Hazırda layihə katlavan mərhələsindədir və tikinti işləri planlı şəkildə davam edir.

Layihədə sahəsi 49,91 m²-dən 154,8 m²-ə qədər olan studiya, 2, 3 və 4 otaqlı mənzillər mövcuddur. Alıcılar 15%-dən başlayan ilkin ödənişlə mənzil sahibi ola bilərlər. Məsələn, 49,91 m², 2 otaq studiya mənzil üçün 14 149 manat ilkin ödəniş etmək kifayətdir. Kompleksdə dəniz mənzərəli mənzillər də təqdim olunur.
Layihənin alıcılar üçün əsas üstünlüklərindən biri də ƏDV-nin geri qaytarılması imkanıdır. Mənzil alındıqdan sonra 30 iş günü ərzində ödənilmiş ƏDV-ni geri almaq mümkündür. Bu isə sadə dillə desək, ilkin ödənişin faktiki olaraq azalması və alıcının daha az büdcə ilə mənzil əldə etməsi deməkdir.
Qeyd edək ki, “Sahil Park” yaşayış kompleksinin ilk 3 mərhələsi artıq təhvil verilib və satışları tam yekunlaşıb. Hazırda satışa çıxarılan mənzillər layihənin 4-cü mərhələsinə aiddir. Kompleksin möhtəşəm və özünəməxsus fasadı isə əraziyə xüsusi memarlıq dəyəri qatır.

Layihə sakinlərin rahat və təhlükəsiz yaşamı üçün bütün detalları əhatə edir. Kompleksdə geniş və yaşıllıqla zəngin həyətyanı park, uşaqlar üçün xüsusi oyun zonaları və oyun meydançaları, özəl məktəb və iaşə obyektləri, sakinlərin rahatlığı üçün geniş və təhlükəsiz avtodayanacaq nəzərdə tutulub. Bütün bu üstünlüklər gündəlik həyatı daha komfortlu və stresssiz edir.
Mənzillər sakinlərə tam təmirli şəkildə təhvil verilir. Keyfiyyətli materiallarla aparılan təmir işləri nəticəsində mənzillər bütün kommunal xətlərlə birlikdə, yaşayışa tam hazır formada təqdim olunur.
Layihənin satış ofisinə yaxınlaşaraq tikinti ərazisini yerində gəzə, layihə ilə daha yaxından tanış ola və fərdi təkliflər əldə etmək mümkündür. Peşəkar məsləhətçilər sizi maraqlandıran bütün sualları cavablandırmağa hazırdır.

İndi alın, təməl mərhələsindən yatırım edin və investisiyanızı gələcəkdə maksimum qazanca çevirin.
Ətraflı: *1544
Ünvan: Sumqayıt bulvarı (Göyərçin heykəlinin yanı)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
-
1 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
-
4 saat əvvəl
Ötən il Azərbaycan Dəmir Yolları 10 milyondan çox sərnişin daşıyıb - 20 FAİZ ARTIM
-
4 saat əvvəl
Stomatoloqların kütləvi etirazı: TƏBİB 1140 həkimi ixtisar etmək istəyir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
Yanvarın 10-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
Bank aviabilet alışı üzrə tender elan edir









.jpg)














