970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt·st, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt·st olub.

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu dövrdə İES-lərdə 24 823,4 mln. kVt·st, SES-lərdə 2 842,5 mln. kVt·st, digər mənbələr üzrə isə 991,6 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 599,8 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVt·st (İES-lərdə 22 703,6 mln. kVt·st, SES-lərdə 2 827,1 mln. kVt·st, GES-lərdə 61,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt·st, idxalı isə 177,2 mln. kVt·st olub.

14.01.2026 12:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18