Dövlət bankının kredit portfelində azalma
2025-ci ilin sonunda "Azər Türk Bank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 787 milyon 352 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 12 milyon 541 min manat və ya 1,6 faiz azalıb. "Azər Türk Bank" nizamnamə kapitalının 51%-i SOCAR-a məxsusdur.
Marja xəbər verir ki, Bankın istehlak kreditləri portfeli 328 milyon 247 min manata yüksələrək 32 milyon 813 min manat və ya 11,1 faiz artıb.
Biznes kreditləri portfeli isə 2025-ci ilin sonunda 252 milyon 503 min manat olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 59 milyon 314 min manat və ya 19 faiz azalma deməkdir.
Daşınmaz əmlak (ipoteka) kreditləri 206 milyon 602 min manata çataraq 13 milyon 960 min manat və ya 7,2 faiz artım nümayiş etdirib.
"Azər Türk Bank" ASC-nin nizamnamə kapitalının 24%-i Azərbaycan Respublikasına (Dövlət), 51%-i “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti”nə, 6,55%-i “AzRe Təkrarsığorta" ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti" ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası" AŞ-yə və 1.08%-i “Ziraat Bank İnternational" AG-yə məxsusdur.
Həmçinin oxu
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olubMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
30 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib






















