Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) əsasfaiz dərəcəsini 100 baza bəndi azaldaraq 37%-ə endirib. Faiz dərəcəsinin 150 baza bəndi azaldılaraq 36,50 faiz səviyyəsinə endiriləcəyi proqnozlaşdırılmışdı.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB bir həftəlik repo hərrac faiz dərəcəsini (uçot dərəcəsini) 100 baza bəndi (1.00 faiz bəndi) azaldaraq 38 faizdən 37 faizə endirib.
Bazarlarda TCMB-nin bu gün əsas faiz dərəcəsində (uçot dərəcəsində) 150 baza bəndi faiz endirimi edəcəyi gözlənilirdi.
Mərkəzi Bankın press-relizində deyilir:
İnflyasiyanın əsas meyli dekabr ayında zəifləyib. İlkin göstəricilər yanvar ayında aylıq istehlakçı inflyasiyasının qida məhsullarıın bahalaşması ilə artdığına, əsas meyldəki artımın isə məhdud qaldığına işarə edir. Son rübə dair göstəricilər tələb şəraitinin dezinflyasiya prosesinə verdiyi dəstəyin azalmasına baxmayaraq davam etdiyini göstərir. İnflyasiya gözləntiləri və qiymətqoyma davranışları yaxşılaşma əlamətləri göstərsə də, dezinflyasiya prosesi baxımından risk amili olaraq qalmaqdadır.
Qiymət sabitliyi təmin edilənədək davam etdiriləcək sərt pul siyasəti mövqeyi tələb, məzənnə və gözləntilər kanalları vasitəsilə dezinflyasiya prosesini gücləndirəcək. Komitə siyasət faizinə dair atılacaq addımları inflyasiya göstəricilərini, əsas meylini və gözləntiləri nəzərə alaraq aralıq hədəflərlə uyğun şəkildə, dezinflyasiyanın tələb etdiyi sərtliyi təmin edəcək formada müəyyən edəcək. Addımların miqyası inflyasiyanın səviyyəsindən asılı olacaqdır. İnflyasiya hədəflərdən əhəmiyyətli dərəcədə kənarlaşması halında pul siyasəti mövqeyi sərtləşdiriləcək.
Pul Siyasəti Komitəsi faiz qərarlarını inflyasiyanı orta müddətdə 5 faiz hədəfinə çatdıracaq pul və maliyyə şəraitini təmin edəcək şəkildə müəyyən edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)

