Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Şirkət şəxsi məlumatların idarəetmə sistemləri üzrə beynəlxalq sertifikata layiq görülüb(®) Lider mobil operator Şəxsi Məlumatların İdarəetmə Sistemi (Privacy Information Management System) üzrə tətbiq olunan ISO/IEC 27701:2019 beynəlxalq sertifikata layiq görülüb.
Azercell bu standartlaşmanı Azərbaycanda rəsmi akkreditasiya qurumu tərəfindən uğurla keçən ilk şirkət olaraq informasiya təhlükəsizliyi sahəsində aparıcı mövqeyini daha da möhkəmləndirib.
ISO/IEC 27701:2019 sertifikatı Azercell-in şəxsi məlumatların məxfiliyinin idarə olunmasında beynəlxalq standartlara əsaslanan sistemli yanaşma tətbiq etdiyini, həmçinin müştəri məlumatlarının emalında şəffaf, etibarlı və effektiv nəzarət mexanizmlərindən istifadə etdiyini bir daha təsdiqləyib. Sertifikatlaşdırma prosesi TÜV Austria tərəfindən aparılan müstəqil audit əsasında həyata keçirilib.
Bununla yanaşı, Azercell ISO/IEC 27001:2022 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını növbəti üç il üçün uğurla yeniləyib. Bu sertifikat informasiya təhlükəsizliyi idarəetmə sisteminə əsaslanaraq şəxsi məlumatların qorunması üçün sistemli tələblər və nəzarət mexanizmləri təqdim edir. Standart təşkilatlara şəxsi məlumatların emalı və qorunması üçün vahid çərçivə təqdim edir, istifadəçilərin öz məlumatları üzərindəki hüquqlarını qorumağa, riskləri azaltmağa və beynəlxalq məxfilik tələblərinə uyğunluğu təmin etməyə imkan yaradır. Qeyd edək ki, Azercell 2019-cu ildən ISO/IEC 27001:2022 standartına uyğun fəaliyyət göstərir və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq tələblərə uyğun yanaşma tətbiq edir.
Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standartlaşdırma qurumlarını birləşdirən beynəlxalq federasiyadır. Təşkilat idarəetmə, texnologiya və biznes sahələrində xidmət və proseslərin keyfiyyətini qiymətləndirən minlərlə beynəlxalq standartı təsdiq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)


