Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər

Tələb həcmləri və qızılın qiyməti rekordları darmadağın edib. Ötən il ümumi qızıl tələbi ilk dəfə 5000 ton həddini aşıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Qızıl Şurası (World Gold Council - WGC) tərəfindən “Gold Demand Trends: Q4 and Full Year 2025” hesabatı dərc edilib. 

Marja.az hesabata istinadən xəbər verir ki, 2025-ci ildə birjadan kənar (OTC)* əməliyyatlar da daxil olmaqla, ümumi qızıl tələbi ilk dəfə 5000 ton həddini aşıb. İl ərzində qızılın qiymətinin rekordlar qırması – 53 yeni tarixi maksimum müəyyən etməsi – ilə birlikdə bu, ümumi dəyəri 555 milyard ABŞ dollarına (+45% illik) çatdırıb və misli görünməmiş nəticə ortaya qoyub. 

Ümumi tələbin artımında əsas rol investisiya fəallığının yüksəlməsi olun: qlobal qızıl ETF* ehtiyatları 801 ton artıb ki, bu da tarixdə ikinci ən güclü il göstəricisidir. Eyni zamanda, külçə və sikkə alışları sürətlənərək son 12 ilin ən yüksək səviyyəsinə çatıb

İl boyunca investisiya marağını dəstəkləyən əsas motivlər "təhlükəsiz liman" və diversifikasiya axtarışları olub; qiymət artımı ilə bağlı motivasiyalar da mühüm rol oynayıb.

"Mərkəzi bankların 863 ton həcmində qızıl alışları 2025-ci il üçün gözləntilərimizin yuxarı həddinə çatıb. Alışlar tarixi baxımdan hələ də yüksək və coğrafi baxımdan geniş yayılmış olsa da, son dövrlərlə müqayisədə temp bir qədər zəifləyib",- hesabatda deyilir.

Zinət əşyalarına olan tələbin həcminin azalması ardıcıl rekord qızıl qiymətləri şəraitində tam gözlənilən idi. Bununla belə, qızıl-zinət əşyalarına münasibət müsbət olaraq qalıbı; bunu qlobal tələbin dəyərinin 18% artaraq rekord 172 milyard ABŞ dollarına çatması da təsdiqləyir.

İstehlak elektronikası bazarında baş verən pisləşmələrə baxmayaraq, texnologiya sektoru üzrə qızıla tələb sabit qalıb və süni intellektlə bağlı tətbiqlərin davamlı artımı ilə dəstəklənib. .

Əsas məqamlar:

• 2025-ci ildə LBMA (PM) qızıl qiyməti 53 yeni tarixi maksimum müəyyən edib.

• IV rüb üzrə orta qiymət 4 135 ABŞ dolları/unsiya (+55% illik) ilə rekord səviyyəyə çatıb və bu, illik orta qiymətin 3431 ABŞ dolları/unsiya (+44% illik) olmasına gətirib çıxarıb.

• İllik ümumi qızıl təklifi 1% artıb. İlkin qiymətləndirmələrə görə, mədən hasilatı 3672 ton ilə yeni rekorda yüksəlib.

• Təkrar emal fəaliyyəti 3% artaraq  404 ton olub ki, ABŞ dolları ifadəsində qızıl qiymətinin 67% yüksəlməsinə nisbətən bu artım nisbətən zəif reaksiya sayılır.

• Tələb də IV rübdə rekord qırıb: 1303 ton həcmində ümumi rüblük tələb dördüncü rüblər üzrə indiyə qədərki ən yüksək göstərici olub. Buna güclü ETF axınları (175 ton) və külçə və sikkə alışlarının 12 ilin ən yüksək səviyyəsinə (420 ton) çatması səbəb olub.

Gözləntilər

"Qarşıdakı ilə baxdıqda, davam edən geosiyasi gərginliklər fonunda qızıl ETF-lərinə güclü axınların, eləcə də külçə və sikkə tələbinin davam edəcəyini gözləyirik. Bu proses yüksək səviyyədə qalan mərkəzi bank alışları ilə dəstəklənəcək. Davamlı yüksək qiymət mühitində isə zinət əşyalarına tələbin zəif qalacağı proqnozlaşdırılır",- hesabatda deyilir.

XXX

World Gold Council (WGC) tərəfindən yayımlanan “Gold Demand Trends: Q4 and Full Year 2025” hesabatına görə, qlobal qızıl tələbi 2025-ci ildə ilk dəfə 5000 ton səviyyəsini keçərək tarixi bir həddi aşıb. Hesabatda göstərilir ki, qlobal qızıl tələbi əsasən investisiya yönümlü artımın təsiri ilə rekord səviyyəyə çatıb. Qızıl ETF-ləri* və külçə-sikkə alışları ön plana çıxarkən, mərkəzi bankların alışları da yüksək səviyyəsini qoruyub.

Sərmayə tələbi əsas rol oynayıb

2025-ci ildə sərmayə tələbi xüsusilə diqqət çəkib. Qlobal qızıl ETF-lərinin aktivləri il ərzində 801 ton artaraq tarixdəki 2-ci ən güclü illik performansı göstərib, külçə və sikkə alışları isə son 12 ilin ən yüksək səviyyəsinə çatıb. "Təhlükəsiz liman" axtarışı və portfelin diversifikasiyası investor marağının əsasını təşkil edib.

Mərkəzi bankların qızıl alışları 2025-ci ildə 863 ton səviyyəsində həyata keçirilib ki, bu da gözləntilərin yüksək həddinə yaxındır. Alışlar  tarixən yüksək səviyyədə və geniş coğrafiyaya yayılmış olsa da, əvvəlki dövrlərə nisbətən sürət bir qədər azalıb.

Zərgərlik və texnologiya tələbi

Qızıl qiymətlərindəki rekord səviyyələr zərgərlik sektorunun tələbinə təzyiq göstərib. Həcim baxımından tələb azalsa da, qlobal zərgərlik  sənayesinin tələbi dəyər baxımından 18 faiz artaraq 172 milyard dollarla rekord qırıb.

Texnologiyaların qızıla olan tələbi isə istehlak elektronikasındakı dalğalanmalara baxmayaraq sabit qalıb. Hesabatda qeyd olunur ki, süni intellekt əsaslı tətbiqlərin inkişafı bu sahəyə dəstək verib.

Rekord səviyyələr

2025-ci il ərzində London Külçə Bazarında (LBMA) günorta saatlarında qızıl qiyməti 53 dəfə bütün zamanların ən yüksək səviyyəsini görüb. Dördüncü rübün orta qiyməti 1 unsiya üçün 4135 dollar, illik orta qiymət isə 3431 dollarla rekord səviyyəyə çatıb.

Təklif tərəfi

Ümumi qızıl təklifi 1 faiz artıb. Mədən istehsalı 3672 tonla yeni ən yüksək səviyyəyə çatarkən, lom qızıl alışı (təkrar emal) 1404 tonla qiymətlərdəki 67 faiz artıma baxmayaraq məhdud artım nümayiş etdirib.

2026-cı ildə tələbin davam edəcəyi gözlənilir

WGC-nin proqnozuna görə, 2026-cı ildə geosiyasi gərginliklərin davam etməsi halında qızıl ETF-lərinə güclü yatırımlar və külçə-sikkə tələbi davam edə bilər, mərkəzi bankların alışları yüksək səviyyədə qalacaq, lakin yüksək qiymət mühiti səbəbindən zərgərlik sektorunun tələbi zəif səviyyədə davam edəcək.
_______

*Birja Ticarət Fondları (ETF – Exchange Traded Fund) səhmlərdən, istiqrazlardan, əmtəələrdən və ya digər qiymətli kağızlardan ibarət olan bir “səbəti” təmsil edən və gün ərzində birjalarda səhmlər kimi alınıb-satıla bilən fondlardır.

*OTC (Over-the-Counter) Azərbaycan dilində “birjadan kənar” mənasını verir. Maliyyə bazarlarında isə: Mərkəzləşdirilmiş bir birja olmadan, alıcı ilə satıcı arasında birbaşa həyata keçirilən əməliyyatlar kimi başa düşülür. 

İş elanları AzVak.az-da

29.01.2026 13:33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18