Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədə 2026-cı ilin ilk günündən etibarən vergi sahəsində bir sıra dəyişikliklər qüvvəyə minib. O cümlədən, 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə idxal edilən hər bir mobil telefona 20 manat aksiz vergisi tətbiq olunmağa başlayıb. 

Mobil telefon biznesi ilə məşğul olan sahibkar Marja.az-a müraciətində bildirib ki, prinsip etibarilə, bu qərarı smartfonlar üçün məntiqli hesab etmək olar. Lakin knopkalı (sadə) telefonlar üçün həmin məbləğin tətbiqi real bazar şərtləri ilə uzlaşmır.

Belə ki, bəzi knopkalı telefonların faktura (invoice) dəyəri cəmi 4–5 ABŞ dolları təşkil edir. Bu məbləğin üzərinə gömrük rüsumu, ƏDV və aksiz vergisini əlavə edildikdə, sadə bir knopkalı telefonun maya dəyəri 40 manatı keçir. Sahibkar olaraq minimal marja tətbiq edildikdə belə, həmin telefonun topdansatış qiyməti təxminən 45 manata yüksəlir. Nəticədə isə maya dəyəri 4–5 dollar olan telefonlar mağazalarda 60–70 manata təklif olunur.

Bu vəziyyət həm sahibkarlar üçün iqtisadi cəhətdən əlavə yük yaradır, həm də aşağıgəlirli istehlakçıların əsas ehtiyac məhsullarına çıxışını çətinləşdirir. Xüsusilə yaşlı insanlar, regionlarda yaşayan əhali və yalnız zəng və mesaj üçün telefon istifadə edən vətəndaşlar üçün bu qiymətlər yüksək olur.

Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hüquqi şəxslər tərəfindən satış məqsədilə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunur.

İş elanları AzVak.az-da

2026 vergi dəyişiklikləri Azərbaycan mobil telefon aksiz vergisi 2026 idxal edilən telefonlara 20 manat aksiz mobil telefon bazarı Azərbaycan smartfon aksiz vergisi knopkalı telefon qiymət artımı sadə telefonlar üçün vergi yükü mobil telefon idxalı vergi gömrük rüsumu ƏDV aksiz telefon maya dəyəri artımı topdansatış telefon qiymətləri pərakəndə telefon bazarı aşağıgəlirli istehlakçılar yaşlılar üçün telefon qiymətləri regionlarda telefon istifadəsi əsas rabitə vasitələri sahibkarların vergi problemləri Azərbaycan vergi siyasəti aksiz vergisinin təsiri istehlak bazarında qiymət artımı mobil rabitə avadanlıqları telefon bazarında tənzimləmə iqtisadi yük sahibkarlar üçün
30.01.2026 10:47

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18