Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir

Əldə edilən xalis gəlirin 80%-i müştəriyə verilir, 20%-i isə banka qalır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rabitəbank alternativ maliyyə ehtiyaclarının qarşılanması və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində daha bir mühüm addım atıb. Bank 2 fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba və Murabaha məhsullarını təqdim etməyə başlayıb.

Marja.az Banka istinadən xəbər verir ki, yeni məhsullar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçirilir və ölkədə alternativ maliyyə alətlərinin inkişafına, bank xidmətlərinin əlçatanlığının artırılmasına, eləcə də maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir.

Mudaraba- İslam prinsiplərinə uyğun sərmayə modeli

Mudaraba məhsulu üzrə cəlb edilən vəsaitlərin minimum məbləği 500 AZN, maksimum məbləği isə 500.000 AZN və ya onun USD/EUR ekvivalenti təşkil edir. Depozitin müddəti 3, 6, 9, 12 ay olaraq müəyyən edilir. Məhsuldan həm fiziki şəxslər, həm də sahibkarlar yararlana bilərlər.

Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunur və əldə edilən xalis gəlirin 80%-i müştərilərə, 20%-i isə bankın marjası kimi bölüşdürülür. Müqavilə üzrə bank öz kapitalı ilə məsuliyyət daşıyır və bu məsuliyyət şərtləri müqavilədə açıq şəkildə qeyd olunur.

Murabaha – Faizsiz və şəffaf maliyyələşdirmə imkanı

Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Bu məhsul üzrə maliyyələşmə məbləği 30.000 AZN-dən 500.000 AZN və ya onun USD/EUR ekvivalentində, müddət isə maksimum 12 ay təşkil edir.

İş elanları AzVak.az-da

Murabaha çərçivəsində maliyyələşmə malların, iş və xidmətlərin alışı əsasında faizsiz şəkildə həyata keçirilir. Marja dərəcəsi müştəri maliyyələşdirilən zaman sabit məbləğ kimi hesablanır və komissiyasızdır. İslam bankçılığı prinsipləri ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür. Bu məhsuldan həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar yararlana bilərlər.

Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni və etibarlı imkanlar yaradır.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsilə bank xidmətləri təqdim edir.

Rabitəbank İslam-maliyyəsi İslam-bankçılığı Mudaraba Murabaha alternativ-maliyyə faizsiz-maliyyələşmə şəriətə-uyğun-məhsullar bank-innovasiyaları maliyyə-inklüzivliyi AMB-tənzimləmə-rejimi depozit-məhsulları sərmayə-modeli sahibkarlar-üçün-maliyyə biznes-maliyyələşdirilməsi dövriyyə-vəsaitləri əsas-vəsaitlərin-maliyyələşdirilməsi bank-xidmətləri Azərbaycan-bank-sektoru Rabitəbank-ASC
04.02.2026 14:55

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18