Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rabitəbankın innovativ kart məhsulu olan Kartmane 2025-ci ildə də müştərilərinə alış-verişdən real qazanc əldə etmək imkanı yaratmaqda davam edib.

Marja.az Banka istinadən xəbər verir ki, il ərzində həyata keçirilən kampaniyalar, xüsusi tərəfdaş təklifləri və geniş istifadə imkanları nəticəsində kart sahibləri ümumilikdə 12 milyon manatdan çox keşbek qazanıblar. Bu məbləğin 113 min 242 manatı isə partnyor şəbəkəsində edilən ödənişlər hesabına formalaşıb.

Reklam_3_11

Aparılan təhlillərə əsasən, ötən il üzrə ən çox qazanc əldə olunan istiqamətlər sırasında yanacaqdoldurma məntəqələri, supermarket alış-verişi və gündəlik tələbat kateqoriyaları ilk sıralarda yer alıb. Müştərilərin gündəlik xərclərini məhz bu sahələr üzrə həyata keçirməsi Kartmane kartlarının praktiki maliyyə üstünlüyünü daha da artırıb.

İl ərzində müştərilərə geri qaytarılan ümumi keşbek məbləği əhəmiyyətli göstərici ilə yadda qalıb. Fərdi nəticələrdə isə bəzi kart sahiblərinin illik qazancı rekord həddə çataraq proqramın effektivliyini real rəqəmlərlə təsdiqləməsi diqqət çəkib. 

Hazırda Kartmane istifadəçiləri 500-dən artıq partnyor mağaza və xidmət nöqtəsində edilən ödənişlərdən keşbek qazanmaq imkanına malikdirlər. Tərəfdaş şəbəkəsinin davamlı genişlənməsi isə istifadəçilərə daha çox seçim və daha çox qazanc imkanı yaradır.

Kartmane kartlarını fərqləndirən əsas xüsusiyyət onun keşbek mexanizmindədir. Belə ki, kart sahibləri əlavə kateqoriya seçimi mərhələsi olmadan müxtəlif istiqamətlər üzrə edilən ödənişlərdən avtomatik keşbek qazanır.

Kartmane sahibləri kateqoriya seçimi etmədən, eyni anda 14 fərqli kateqoriyanın hər biri üzrə keşbek qazanırlar. Bu isə o deməkdir ki, yanacaq, market, restoran, əyləncə, xidmət və digər gündəlik xərclərin hamısı avtomatik olaraq qazanca çevrilir. Nəticədə müştərilər xərclərini planlaşdırmadan belə maksimum geri ödəniş əldə edir, kart istifadəsi isə daha rahat və sərfəli olur.

Rabitəbank Kartmane kartı Kartmane keşbek proqramı Rabitəbank innovativ kart məhsulu Kartmane cashback üstünlükləri Rabitəbank keşbek kampaniyası Kartmane partnyor şəbəkəsi Kartmane 14 kateqoriya keşbek Rabitəbank plastik kartlar Kartmane alış-veriş qazancı Rabitəbank maliyyə xidmətləri Kartmane yanacaq keşbeki supermarket keşbek kartı gündəlik xərclərə keşbek Rabitəbank müştəri loyallıq proqramı Kartmane partnyor mağazalar Rabitəbank ödəniş kartları avtomatik keşbek sistemi Kartmane kart üstünlükləri Rabitəbank bank məhsulları Azərbaycanda keşbek kartlar
09.02.2026 21:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18