“Guavalab” şirkətinin işçiləri əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər
"Mən və 200-ə yaxın əməkdaş ixtisar olunduq. 5 aydır maaşımızı ala bilmirik"“Guavalab” MMC-nin əməkdaşları qurumun artıq beş aydır əməkhaqlarını ödəmədiyini bildirirlər.
Marja xəbər verir ki, Baku TV-yə danışan keçmiş əməkdaşlardan biri üzləşdiyi çətinliyi belə izah edib:
“Mən ‘Guavalab’ MMC-də çalışmışam. Oktyabr ayının sonunda mən və 200-ə yaxın əməkdaş ixtisar olunduq. İki aylıq əməkhaqqımız — sentyabr və oktyabr ayları üzrə ödənişlər hələ də verilməyib. Eyni zamanda kompensasiya və məzuniyyət ödənişləri də ödənilməyib. Direktorumuz Fəxri Qasımov artıq 4–5 aydır hər dəfə fərqli məlumatlar verərək bizi gözlədir.”
Digər bir şikayətçi isə hüquqlarının pozulduğunu bildirib:
“MMC-nin fəaliyyəti Böyük Britaniyada fəaliyyət göstərən ‘Guava Pay’ şirkətinə texniki dəstək və IT xidmətlərinin göstərilməsindən ibarət olub. İxtisara düşdüyümüz anda Əmək Məcəlləsinin bir neçə maddəsi üzrə hüquqlarımız pozulub. Bunlara son haqq-hesab ödənişlərinin verilməməsi və istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyaların ödənilməməsi daxildir.”
Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətin rəhbəri Fəxri Qasımov ittihamlara belə cavab verib:
“Başqa bir şirkətin borcu var. Bu səbəbdən hazırda şirkətdə maliyyə problemləri yaşanır. Elə buna görə də maaşları ödəmək mümkün olmur.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
11 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
13 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
16 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
18 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























