Bank Ombudsmanı almanlarla razılaşdı
21 sentyabr 2017-ci il tarixində Bank Ombudsmanı İkram Kərimov Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun inzibati ofisində fondun ölkə üzrə nümayəndəsi Eduard Şmitlə görüşmüşdür.
Görüşdə Bank Ombudsmanın katibliyinin və Fondun nümayəndələri iştirak etmişdir.
Görüşdə əvvəlcə İ.Kərimov tərəfindən Azərbaycanda yeni yaradılmış Bank Ombudsmanının fəaliyyəti, görülmüş işlər haqqında məlumat verilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunması yolları müzakirə edilmişdir.
Eyni zamanda, E.Şmit Almaniyada fəaliyyət göstərən Regional Bank Ombudsmanları, onların səlahiyyətlərinə aid olan işlər, verdiyi qərarların təsir mexanizmi haqqında məlumat vermiş, təcrübə mübadiləsi aparılmışdır.
Görüş zamanı iki tərəfli görüşlərin davamlı olaraq keçirilməsi, Bank Ombudsmanı sahəsində çalışan mütəxəssislərin təcrübə mübadiləsi aparılması məqsədi ilə həm Almaniyada, həm də Azərbaycanda görüşlərin təşkil edilməsi və əməkdaşlığın daha geniş müstəvidə aparılması haqqında razılaşma əldə edilmişdir.
Qeyd edək ki, Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 24 bank və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)







