Bakı Limanında qlobal layihə üzrə müzakirələr aparılıb
Bakıda səfərdə olan Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquan və rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də olublar.
Limandan bildirilib ki, qonaqlarla Bakı Limanının infrastruktur imkanları, Avrasiya regionunda logistika və nəqliyyat sahəsində oynadığı qovşaq rolu, Çinin təşəbbüskar olduğu “Bir Kəmər - Bir Yol” qlobal layihəsi çərçivəsində mövcud olan əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
GƏLƏN İL 15MİLYON TONA ÇATACAQ
Baş direktor Taleh Ziyadov Bakı Limanının Avropa və Asiya arasında mərkəz rolunu oynadığını, limanın infrastrukturu, inkişaf konsepsiyası barədə məlumat verərək qeyd edib ki, “Yeni Bakı Limanının yükaşırma imkanları artıq gələn ildən 15 milyon tona çatacaq. Limanın Baş planının üçüncü fazasının icrasından sonra isə bu rəqəmin 25 milyon ton və 1 milyon TEU olması nəzərdə tutulur. Bakı Limanı Çin malları üçün yalnız tranzit ərazi olmayacaq. Burada qurulan Ələt Azad İqtisadi Zonada (AİZ) istehsal qurmaq, malların regional distributorluğunu həyata keçirmək, əlavə dəyər yaratmaq və məhsulu yaxın bazarlara ixrac etmək üçün Çin şirkətlərinə mükəmməl şərait yaradılacaq”.
"BİZ ÖZ TƏCRÜBƏMİZİ BAKI LİMANI İLƏ BÖLÜŞMƏK İSTƏRDİK"
Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquan qeyd edib ki, Ələtdə qurulmaqda olan yeni müasir liman və Azad İqtisadi Zona Azərbaycan hökumətinin mühüm layihəsidir. Eyni zamanda adı çəkilən ərazi Çin hökumətinin həyata keçirdiyi “Bir Kəmər - Bir Yol” konsepsiyasında strateji məntəqə kimi qəbul olunur: “Ələt qəsəbəsində AİZ-in yaradılması Azərbaycanın, xüsusilə də Bakı Limanının beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyətini artıracaq. Çinin AİZ sayəsində uğurlu təcrübəsi var. Misal üçün vaxtı ilə balaca yaşayış məntəqələri olan Şenjen və Haynan indi böyük meqapolislərə çevriliblər. Biz öz təcrübəmizi Bakı Limanı ilə bölüşmək istərdik”.
Görüşün nəticəsi olaraq Bakı Limanı və Çin İctimai Elmlər Akademiyası tərəfləri maraqlandıran mövzulara dair birgə tədqiqat işlərinin aparılmasına dair razılığa gəliblər.
Qeyd edək ki, Çin İctimai Elmlər Akademiyası ölkənin ictimai və humanitar elmləri üzrə ali strukturudur və öz ətrafında 35 elmi institutu birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
9 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
9 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
9 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)






.jpg)







