Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Azərbaycan Mərkəzi Bankının 2026-cı ildə ehtiyatlı pul siyasəti kursunu davam etdirəcəyi və manatın məzənnəsini sabit saxlayacağı gözlənilir.
Bu barədə beynəlxalq analitik şirkəti “Fitch Solutions”un Azərbaycanla bağlı yaydığı proqnozda bildirilib.
Vurğulanıb ki, məzənnə siyasəti sərt idarə olunan qalacaq. Manatın ABŞ dollarına qarşı məzənnəsi 1,70 AZN səviyyəsində saxlanılacağı proqnozlaşdırılır. Bu isə hökumətin valyuta sabitliyinə uzunmüddətli sadiqliyini əks etdirir.
Qurumun qiymətləndirməsinə görə, 2026-cı ilin sonuna inflyasiya 5,0%-ə enəcək. Bu göstərici 2025-ci ildə qeydə alınmış 5,6%-lə müqayisədə aşağıdır və Mərkəzi Bankın 2–6% hədəf intervalına uyğun gəlir.
Bununla belə, hesabatda qeyd olunub ki, geosiyasi gərginliklər və təchizat zəncirində pozuntular inflyasiya üzrə riskləri yuxarı istiqamətdə saxlayır. Xüsusilə Rusiyaya qarşı sanksiyaların ərzaq ixracına təsiri Azərbaycana da dolayı yolla təsir edə bilər. Bildirilir ki, Azərbaycan taxıl, süd məhsulları və ətin 20–30%-ni Rusiyadan idxal etdiyindən nəqliyyat və əməliyyat xərclərinin artımına həssasdır.
“Fitch Solutions” hesab edir ki, bu şəraitdə Mərkəzi Bank ehtiyatlı mövqeyini qoruyacaq və əsas uçot dərəcəsini hazırkı 6,50%-dən 2026-cı ilin sonunadək tədricən 6,00%-ə endirəcək.
Azərbaycan iqtisadiyyatı bu il 2,5% artacaq
“Fitch Solutions” Azərbaycandaiqtisadi artım ilə bağlı proqnozunda da açıqlayıb. Şirkətin qiymətləndirməsinə görə, 2025-ci ildə təxminən 1,4% artımdan sonra 2026-cı ildə iqtisadi artımın sürətlənməsi gözlənilir. Artımın əsasən inflyasiyanın azalması və nisbətən sağlam əmək bazarı fonunda daxili tələbat hesabına formalaşacağı qeyd olunur.
Hesabatda bildirilir ki, qlobal neft qiymətlərində eniş və karbohidrogen gəlirlərindən yüksək asılılıq səbəbindən neft sektoru çətinliklərlə üzləşməkdə davam edəcək. Fiskal məhdudiyyətlər risk olaraq qalır.
Bununla belə, “Fitch Solutions” regionda artan investisiya və ticarət fəallığı fonunda Azərbaycan iqtisadiyyatının perspektivlərini ümumilikdə müsbət qiymətləndirir. Qurum hesab edir ki, Ermənistanla mümkün sülh və ABŞ-ın regionda tranzit dəhlizi yaratmaq marağı iqtisadi aktivliyi dəstəkləyə bilər.
Proqnoza əsasən, artım əsasən ev təsərrüfatlarının istehlakı hesabına təmin olunacaq. İşsizlik səviyyəsinin təxminən 5,2% səviyyəsində qalacağı və real əməkhaqlarında artımın davam edəcəyi gözlənilir. Özəl istehlakın iqtisadi artıma təxminən 2,5 faiz bəndi töhfə verəcəyi bildirilir.
Qeyd olunur ki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, neft sektoru ÜDM-in 47,4%-ni, qeyri-neft sektoru isə 52,7%-ni təşkil edib. Neft hasilatının 7,3% azalması fonunda ümumi istehsal illik müqayisədə 2,6% azalıb, qeyri-neft ÜDM-i isə 8,6% artıb.
Eyni zamanda, Çin, Almaniya, Türkiyə və bir sıra Avropa tərəfdaşları ilə imzalanmış yeni ticarət və investisiya sazişlərinin qeyri-neft sektorunun genişlənməsinə töhfə verəcəyi vurğulanır.
Qeyd edək ki, "Fitch Solutions" şirkəti müştərilərinə kredit bazarları, kredit riski, inkişaf etmiş və inkişaf etməkdə olan bazarlar üzrə bütün sənaye sahələri, sektorlar, qurumlar və əməliyyatlar çərçivəsində istiqamət tapmağa kömək etmək üçün məlumatla və analitika təqdim edir.
"Azərbaycanın qeyri-neft büdcə gəlirləri iki rəqəmli templə artacaq"
“Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilir ki, 2026-cı ildə Azərbaycanın fiskal siyasəti neft gəlirlərindən asılılığın tədricən azaldılmasına yönəlmiş mühafizəkar yanaşma əsasında həyata keçiriləcək.
Qurumun proqnozuna görə, 2026-cı ildə qeyri-neft büdcə gəlirləri iki rəqəmli templə artacaq və ümumi büdcə gəlirlərinin 57%-dən çoxunu təşkil edəcək. Bu, fiskal strukturun şaxələndirilməsi və uzunmüddətli dayanıqlılığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Eyni zamanda, Dövlət Neft Fondundan (SOFAZ) büdcəyə transfertlərin 11% azaldılması nəzərdə tutulur ki, bu da neft gəlirlərindən asılılığın tədricən azaldılmasına xidmət edir.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə büdcə kəsiri ÜDM-in təxminən 1,9%-i səviyyəsində proqnozlaşdırılır və bu göstərici 2025-ci ilin səviyyəsinə yaxın olacaq. Gəlir və xərclərin illik artımı isə təxminən 0,7% səviyyəsində məhdudlaşdırılacaq ki, bu da qeyri-müəyyən qlobal enerji bazarı şəraitində fiskal intizamın qorunmasına yönəlib.
Bununla yanaşı, müdafiə xərclərinin yüksək səviyyədə qalacağı bildirilir. Qurumun qiymətləndirməsinə görə, 2026-cı ildə müdafiə xərcləri artım tempini qoruyacaq və büdcədə əhəmiyyətli paya malik olacaq.
“Fitch Solutions” hesab edir ki, qeyri-neft gəlirlərinin artması və transfertlərin azalması uzunmüddətli fiskal sabitliyin gücləndirilməsi baxımından müsbət siqnaldır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)
