Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Dünya İqtisadi Forumunun (World Economic Forum) prezidenti və baş icraçı direktoru Borge Brende cümə axşamı vəzifəsindən getdiyini açıqlayıb. Bu qərar Forumun onun cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Jeffrey Epstein ilə əlaqələrinə dair müstəqil araşdırma başlatmasından bir neçə həftə sonra verilib.
2017-ci ildən WEF-ə rəhbərlik edən Brende istefasını ABŞ Ədliyyə Nazirliyinin açıqlamalarından sonra bəyan edib. Həmin açıqlamalarda norveçli siyasətçinin Epstein ilə üç işgüzar şam yeməyində iştirak etdiyi, həmçinin onunla elektron poçt və mesaj vasitəsilə əlaqə saxladığı göstərilib.
“Diqqətli düşündükdən sonra Dünya İqtisadi Forumunun prezidenti və CEO-su vəzifəsindən ayrılmaq qərarına gəldim. Səkkiz il yarımlıq fəaliyyətim son dərəcə dəyərli olub,” – deyə Brende bildirib.
O əlavə edib ki, həmkarları və tərəfdaşları ilə əməkdaşlığa görə minnətdardır və Forumun diqqəti yayındıran amillər olmadan fəaliyyətini davam etdirməsi üçün hazırkı məqamın uyğun olduğunu düşünür. Norveçin keçmiş xarici işlər naziri olan Brende bəyanatında Epstein-in adını çəkməyib.
Cenevrə şəhərində yerləşən və hər il Davos sammitini təşkil edən forumun həmsədrləri Andre Hoffmann və Larry Fink ayrıca bəyanatda bildiriblər ki, Brendenin Epstein ilə əlaqələrinə dair xarici hüquq məsləhətçiləri tərəfindən aparılan müstəqil araşdırma başa çatıb.
Açıqlamaya görə, əvvəl açıqlanan məlumatlardan əlavə hər hansı narahatlıq doğuran məqam müəyyən edilməyib.
Həmsədrlər bildiriblər ki, WEF-in icraçı direktoru Alois Zwinggi müvəqqəti prezident və baş icraçı direktor vəzifəsini icra edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)







