970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə artan gərginlik fonunda yüksələn enerji qiymətləri ilə bağlı bildirib ki, qiymətləri aşağı salmaq üçün neftlə bağlı bəzi sanksiyalar qaldırılır.

Marja xəbər verir ki, Tramp Mayamidə keçirdiyi mətbuat konfransında İranla bağlı gündəmi şərh edib.

Gəmi hərəkətinin demək olar ki, dayandığı Hörmüz boğazı barədə danışan Tramp bildirib ki, ABŞ dünyaya enerji və neft axınının davam etməsini təmin etməyə fokuslanıb.

“Dünyaya enerji və neft axınının davam etməsinə fokuslanırıq və terrorçu bir rejimin dünyanı girov götürməsinə və qlobal neft təchizatını dayandırmağa çalışmasına icazə verməyəcəyəm. İran bunu etməyə cəhd etsə, çox daha sərt cavab alacaq”, - Tramp deyib.

Tramp uzunmüddətli perspektivdə İran gəmiləri, pilotsuz uçuş aparatları, raketləri və nüvə təhdidi olmadan neft təchizatının daha təhlükəsiz olacağını bildirib.

ABŞ Prezidenti vurğulayıb ki, Hörmüz boğazı təhlükəsiz qalacaq və təhdidlər aradan qaldırılacaq. Onun sözlərinə görə, bunun nəticəsində Amerika ailələri üçün neft və qaz qiymətləri də aşağı düşəcək.

Tramp həmçinin qeyd edib ki, boğazda gəmi hərəkətinin pozulması ABŞ-dən daha çox Çin də daxil olmaqla digər ölkələrə mənfi təsir edir.

ABŞ-nin ehtiyacından daha çox neft və qaz ehtiyatına sahib olduğunu deyən Tramp “yeni tərəfdaşları” olan Venesuelanın da neft, qaz və digər resurslar baxımından böyük mənbə olduğunu bildirib.

Tramp deyib ki, Venesueladan indiyədək 100 milyon barel neft hasil edilib və daha 100 milyon barel də gələcək.

“Neft qiymətləri düşündüyümdən az yüksəldi”

Tramp bəzi ölkələrə qarşı neft sanksiyalarının tətbiq olunduğunu xatırladaraq deyib:

“Qiymətləri aşağı salmaq üçün neftlə bağlı bəzi sanksiyaları qaldırırıq. Hörmüz boğazı açılana qədər sanksiyaları dayandıracağıq. Sonra kim bilir, bəlkə də sanksiya tətbiq etməyə ehtiyac qalmayacaq”.

Sanksiyaların hansı ölkələrə aid olduğu ilə bağlı suala cavab verən Tramp bildirib ki, əsas məqsəd neft qiymətlərini aşağı səviyyədə saxlamaqdır. O əlavə edib ki, qiymətlərin süni şəkildə yüksəldiyini düşünür.

“Bunu etsəm (müharibəni -red), neft qiymətlərinin yüksələcəyini bilirdim və yüksəldi də, amma yəqin ki, düşündüyümdən daha az. Amma düşünürəm ki, bu qədər tez uğur qazanacağımızı heç kim gözləmirdi”, - Tramp deyib.

ABŞ-ın Maliyyə naziri Scott Bessent isə ötən həftə qlobal neft təchizatını qorumaq məqsədilə Hindistan neft emalı zavodlarına Rusiya neftini almağa icazə verən 30 günlük müvəqqəti güzəşt verildiyini açıqlamışdı. O, həmçinin Rusiyaya tətbiq edilən bəzi nefti sanksiyalarının yumşaldıla biləcəyinə də işarə edib.

10.03.2026 09:22

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18