Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
ABŞ Prezidenti Donald Trump İran hökumətinin müraciəti əsasında enerji obyektlərinə yönəlmiş hücumların müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Tramp sosial media hesabında etdiyi paylaşımda enerji infrastrukturuna qarşı əməliyyatların 10 gün müddətinə dayandırıldığını bildirib. Buna əsasən, sözügedən qərarın 6 aprel 2026-cı il saat 20:00-dək (Şərq vaxtı ilə) qüvvədə olacağı qeyd edilib.
ABŞ Prezidenti vurğulayıb ki, İran ilə aparılan danışıqlar davam edir və proseslə bağlı yayılan bəzi mənfi xəbərlərin əksinə olaraq müzakirələr müsbət istiqamətdə irəliləyir.
Tramp açıqlamasında bəzi media qurumlarının proseslə bağlı qiymətləndirmələrini tənqid edib və danışıqların gedişinə dair optimist mesajlar verib.
Qeyd edək ki, Tramp ötən həftəsonu etdiyi paylaşımda, əgər İran Hörmüz boğazını gəmi hərəkəti üçün açmasa, ölkənin enerji infrastrukturunu hədəf alacağını və bunun üçün Tehrana 48 saat vaxt verdiyini bildirmişdi. Daha sonra isə danışıqlarda əldə olunan müsbət irəliləyişə istinad edərək bu müddəti 5 gün uzatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA















.jpg)







