"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların "Birbank" tətbiqini bloklamışıq"
"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb. Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısını almışıq".
Marja xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Ağarza Baxşiyev bildirirb.
10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub
Ağarza Baxşiyev qeyd edib ki, ötən il Birbank mobil tətbiqinə gətirilən yenilik dələduzlarla mübarizədə effektiv nəticə verib:
“Ötən il kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri Birbank mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni, artıq müştərilərimiz zəng zamanı özünü Kapital Bank əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər. Əgər o həqiqən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Və artıq 10 000 nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib daha sonra isə məlumat üçün bankımıza zəng ediblər”
"Kapital Bank 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb"
Baş Risk İnzibatçısı məlumat verib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb. Nəticədə vətəndaşlardan oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb.
O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. "Kapital Bank" adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
5 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)



.jpg)








