"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Çexiyanın maşınqayırma nəhəngi olan "Škoda Group", xüsusilə də "Škoda Transportation" şirkəti Bakı metrosu üçün qatarların tədarükü üzrə tenderdə iştirak etmək niyyətindədir.
Bu barədə Çexiyanın informasiya agentlikləri ölkənin Baş naziri Andrey Babişlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Qəbələdə aparılmş danışıqların yekunları əsasında məlumat yayıb.
Məlumata görə, danışıqlarda Bakı ilə Praqa arasında hökumətlərarası komissiya, təhsil sahəsində, xüsusilə universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, enerji və müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə edililib.
Agentliklər qeyd edirlər ki, Andrey Babişlə birlikdə nümayəndələri Azərbaycana gələn bir çox Çexiya şirkəti artıq ölkədə fəaliyyət göstərir.
Aprelin 27-də Qəbələdə mətbuata bəyanatlar zamanı Çex Respublikasının Baş naziri Andrey Babiş də bildirirb:
"Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. “ŞKODA Daşımalar” ölkəmizin, bəlkə də ən iri iqtisadi “PPF Qrupu”nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada on ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. “Çekoslova Qrup” burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)




