Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi

Qlobal bank Brent neftinin 150 dollar səviyyələrini test edə biləcəyi barədə xəbərdarlıq edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın investisiya bankı Morgan Stanley tərəfindən yayımlanan yeni hesabatda Hörmüz boğazının bağlı qalma müddətinin iyun ayını aşacağı təqdirdə, qlobal bazarları qiymət artımlarından qoruyan 9,3 milyon barellik “qalxan”ın çökə biləcəyi vurğulanıb.

Bank blokadanın uzanacağı halda Brent neftinin 150 dollar səviyyələrini test edə biləcəyi barədə xəbərdarlıq edib.

-----------

İran müharibəsi səbəbindən təxminən 1 milyard barellik neft itkisinə baxmayaraq, qiymətlərin 2022-ci ilin pik səviyyələrini aşmamasının arxasında dayanan “müvəqqəti tarazlıq” pozulma siqnalları verir.

Martijn Ratsın rəhbərlik etdiyi Morgan Stanley-in analitikləri bazarın indiyədək ABŞ-ın rekord ixracı və Çinin azalan idxalı sayəsində ayaqda qaldığını bildiriblər.

Təhlildə dünyanın qalan hissəsini təchizat darboğazından qoruyan iki amilə diqqət çəkilib. Bunlardan birincisinin ABŞ-ın ixracını gündəlik 3,8 milyon barel artıraraq bazara yeni təklif təmin etməsi olduğu qeyd edilib. Digər amil isə Çinin idxalını gündəlik 5,5 milyon barel azaltmaqla qlobal tələbi “soyutması” olub.

Bu amillərin təsiri ilə ümumilikdə 9,3 milyon barellik rahatlama təmin edən bu dinamika müharibənin fiziki şokunu indiyədək absorbsiya etməyi (“udmağı”) bacarıb.

Kritik ay — iyun

Morgan Stanley-ə görə, bu “qalxan” sonsuza qədər davam etməyə bilər. ABŞ-ın bu yüksək ixrac səviyyəsini qorumaq imkanının çətinləşdiyi və təzyiq altında olduğu müşahidə edilir.

Çinin idxalındakı azalmanın müəyyən bir nöqtədə dayanması və ehtiyatların tamamlanması prosesinə keçməsi bazarda ani tələb təzyiqi yarada bilər.

Bankın baza ssenarisi boğazın iyun ayında — ABŞ ixracı və Çin ehtiyatları hələ tam tükənmədən — açılacağı istiqamətindədir. Lakin boğazın bağlı qalması iyul ayına keçərsə, yəni neft qiymətləri üçün “boğa ssenarisi”ndə Brent neftinin qiymətinin kəskin şəkildə yüksəlməsi qaçılmaz olacaq.

11.05.2026 14:55
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19