Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır
Azərbaycan və Belarus əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsində və bu sahədə ölkəmizdə birgə müəssisənin yaradılmasında maraqlıdır.
Sentyabrın 27-də İqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko ilə görüşündə bu barədə müzakirə aparılıb.
Görüşdə Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirir. Artıq bu sahədə ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye parkında Rusiya və İranla birgə müəssisələrin təşkili istiqamətində iş aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edə bilərlər. Bildirilib ki, sentyabrın 28-də Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək və bu sərgi çərçivəsində parkın fəaliyyəti və burada yaradılan əczaçılıq müəssisələri barədə təqdimatlar keçiriləcəkdir.
Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko vurğulayıb ki, Belarus Azərbaycanla digər sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sahələrində də əlaqələrin inkişafında, o cümlədən tibb sahəsində mütəxəssis hazırlığına dəstək göstərməkdə və birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
