Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
Fransada işsizlik səviyyəsi, iqtisadçıların azalma gözləntilərinin əksinə olaraq sürpriz şəkildə 8,1%-ə yüksələrək son 5 ilin ən yüksək səviyyəsinə çatıb.Fransa iqtisadiyyatı bir tərəfdən büdcə böhranı ilə mübarizə apararkən, digər tərəfdən əmək bazarında kəskin pisləşmə ilə üz-üzə qalıb.
Ölkənin statistika qurumunun (Institut national de la statistique et des études économiques (Insee)) məlumatlarına görə, 2025-ci ilin sonunda 7,9% olan işsizlik səviyyəsi 2026-cı ilin birinci rübündə 8,1%-ə yüksəlib. Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçılar göstəricinin 7,8%-ə enəcəyini gözləyirdilər.
İşsizlikdə artımın ölkədə iqtisadi zəifliyin ümumi şəkildə yayıldığını göstərib.
Gənc işsizliyindən tutmuş təcrübəli əməkdaşlara qədər bütün yaş qruplarında işsizlik səviyyəsi artıb.
Bazar gözləntilərinin əksinə baş verən bu 0,3 faiz bəndlik fərq iqtisadi dinamikanın gözləniləndən daha sürətlə zəiflədiyini göstərir.
Durğunluq və müharibənin təsiri
Fransa iqtisadiyyatı 2026-cı ilə olduqca çətin makroiqtisadi mühitdə daxil olub. Aprelin sonunda açıqlanan məlumatlar iqtisadiyyatın ilin ilk üç ayında artım qeydə almadığını təsdiqləmişdi. Bank of France tərəfindən çərşənbə axşamı yayımlanan biznes sorğusu Yaxın Şərqdəki müharibənin iqtisadi fəaliyyətə ciddi yük yaratmağa başladığını və inflyasiya təzyiqlərini artırdığını göstərib.
Hökumətin fevral ayında yaşadığı siyasi çaxnaşma və davam edən büdcə böhranı struktur islahatlarının sürətini azaldaraq məşğulluq yaratmaq imkanlarını məhdudlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























