970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq

PAŞA Bank IPO-sunda 20 min manatadək limiti investor üzrə tətbiq ediləcəkdir. Məsələn, daha çox pay əldə etmək üçün 19 min 900 manatlıq sifarişlər ilə sistemdən sui-istifadə mümkün olmayacaq. 1 fiziki şəxs investorun məbləği 20 min manatdan aşağı olan bir neçə sayda sifarişlə yarım milyon manatlıq sifariş yerləşdirsə belə, birinci mərhələdə cəmi sıfaişi məbləğinin 20 min manatadək olan hissəsi nəzərə alınacaqdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

12 İyun 2026-cı il tarixində “PAŞA Bank” ASC-nin yeni səhmlərinə abunə yazılışı başa çatacaq.

PAŞA Bank IPO (Initial Public Offering – İlkin Kütləvi Təklif) çərçivəsində kapitalının 5%-ni təşkil edən 932 926 adi adlı səhmi satışa çıxarıb. Bir səhmin qiyməti 55 manatdır, yəni bank təxminən 51,3 milyon manat (51 milyon 310 min 930 min manat) cəlb etməyi hədəfləyir. 1 səhmin 55 manat olan qiyməti və bütün səhmlər (mövcud və yeni) nəzərə alınaraq hesablandıqda bankın təxmini post-IPO bazar dəyəri 1 milyard 26 milyard manat edir. Lakin bankın dəqiq bazar dəyəri yerləşdirmədən sonra səhmlərin bazar qiymətindən asılı olacaq.

Abunə yazılışı əvvəl 12 mayda bitməli idi, daha sonra 12 iyun 2026-cı ilədək uzadıldı. Bankın açıqlamasına görə, uzadılma investor və tərəfdaş müraciətləri, həmçinin “yüksək investor marağı” ilə əsaslandırılıb. 

Bank 2024-cü ilin maliyyə nəticələri üzrə 2025-ci ildə 129 milyon manat dividend və 59% “payout ratio” (şirkətin qazandığı xalis mənfəətin hansı hissəsini (faizini) dividend kimi səhmdarlara ödədiyini göstərən göstərici) ödəniş edib. “PAŞA Bank” 2025-ci ili 190 milyon 271 min manat xalis mənfəət ilə başa vururb. İyun ayının 2-ci yarısında Səhmdarların ümumi yığıncağı keçiriləcək. 2025-ci ilin nəticələri üzrə 107 milyon manat dividend elan ediləcəyi barədə qərar qəbul olunacağını gözlənilir (xalis mənfəətin 56% - red).

12 iyundan qısa müddət sonra Bakı Fond Birjasında səhmlərin yerləşdirilməsi baş tutcaq və səhmlər investorlar arasıda paylanacaq. Bölüşdürmə aşağıdakı ardıcıllıqla aparılacaqdır:

1-ci mərhələ Pərakəndə investorların 20 000 AZN-dək sifarişləri,

2-ci mərhələ Pərakəndə investorların 20 000 AZN-dən yuxarı sifarişləri (əgər əvvəlki mərhələdən sonrasəhmlər qalarsa),

3-cü mərhələ Hüquqi şəxslər və digər investorların sifarişləri (əgər əvvəlki mərhələlərdən sonra səhmlər qalarsa).

Emissiya Prospektinə görə, əgər hər hansı mərhələdə səhmlərə olan ümumi tələb təklif olunan səhmlərin sayından çox olarsa, səhmlər investorlar arasında mütənasib şəkildə bölüşdürülür (allokasiya olunur). Bölüşdürmə zamanı səhmlər yalnız tam ədəd şəklində təqdim edildiyi üçün hesablamalar nəticəsində yaranan rəqəmlər aşağıya doğru yuvarlaqlaşdırıla bilər. 

Əgər səhmlər 1-ci mərhələdə — yəni fiziki şəxslərin 20 000 manatadək sifarişləri hesabına tam bölüşdürüləcəksə, deməli, IPO-ya pərakəndə maraq çox güclü olub. Əgər 2-ci mərhələyə keçəcəksə, deməli, 20 000 manatadək sifarişlər bütün səhmləri almağa çatmayıb. Əgər 3-cü mərhələyə — hüquqi şəxslərə də səhm qalacaqsa, o zaman fiziki şəxslərdən "təklifi tam şəkildə bağlayacaq səviyyədə tələbin olmadığı" məlum olacaq.

55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN

PAŞA Bankda brifinq

10 İyun 2026-cı il tarixində “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov brifinq keçirib.

PAŞA Bank IPO-da fiziki şəxslərə üstünlük verir

"PAŞA Bank səhmlərinin yerləşdirilməsi prosesində əsas hədəflərdən biri fiziki şəxslərin, xüsusilə də kiçik investorların kapital bazarına cəlb edilməsidir”.

Marja xəbər verir ki, bunu “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bankın səhmlərinin ilkin kütləvi təklifi ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Murad Süleymanovun sözlərinə görə, yerləşdirmə zamanı birinci səviyyədə fiziki şəxslərin, yəni kiçik investorların minimal məbləğlərlə prosesdə iştirakına şərait yaradılması nəzərdə tutulur. Bu yanaşmanın məqsədi kapital bazarında daha geniş investor bazasının formalaşdırılmasıdır.

O qeyd edib ki, əgər 1-ci mərhələ üzrə pərakəndə (fiziki şəxs) investorların 20 000 manatadək sifarişlərinin cəmi məbləği ümumi təklifi  (51 milyon 310 min 930 min manat) tam bağlamasa, növbəti mərhələdə digər investor qruplarının sifarişlərinə baxıla bilər.

“Bu günə olan məlumatlarla danışırıq. Son günlər proseslə bağlı çoxlu görüşlər keçirilib. Həm ölkə daxilindən, həm də xaricdən maraq göstərən investorlar var. İnsanlar qərar vermək üçün məlumatları təhlil edirlər. Ola bilər ki, növbəti günlərdə sifarişlərin həcmi daha da artsın”, - deyə Murad Süleymanov bildirib.

Murad Süleymanov bildirib ki, PAŞA Bank səhmlərinin yerləşdirilməsi zamanı 20 min manatadək sifarişlər üzrə tətbiq edilən üstünlük məbləğə deyil, investora münasibətdə qiymətləndiriləcəkdir. Belə izah edək: bir investor 19 min 900 manatlıq bir neçə sifariş yerləşdirsə də, birinci mərhələdə onun cəmi sifarişinin 20 000 manatədək olan hissəsi nəzərə alınacaqdır. Bu yolla bir investorun məbləği 20 min manatadək olan çoxlu sayda sifariş yerləşdirərək Bankın yeni səhmlərinin böyük hissəsini əldə edə bilməsi ehtimalının qarşısı alınır.

Onun sözlərinə görə, emissiya prospekti hazırlanarkən bu məsələ xüsusi müzakirə olunub. Əsas məqsəd kiçik investorların prosesdə daha ədalətli iştirakını təmin etməkdir.

“Biz bu məsələyə xüsusi baxmışıq. Burada söhbət yalnız sifariş məbləğindən yox, investordan gedir. Risk var idi ki, kimsə 19 min 900 manatlıq sifarişlər ilə sistemi fərqli formada istifadə etməyə çalışsın. Ona görə bu mexanizm investor üzrə nəzərdə tutulub”, - deyə Murad Süleymanov bildirib.

İş elanları AzVak.az-da

PAŞA Bankın Baş Maliyyə İnzibatçısı qeyd edib ki, bu yanaşma kiçik investorların qorunması və daha geniş əhali kütləsinin kapital bazarında iştirakı üçün seçilib.

“Bizim istəyimiz və niyyətimiz odur ki, kiçik investorların üstünlüyü qorunsun. Böyük investorlar da səhmlər ala bilərlər, buna məhdudiyyət qoyulmur. Amma böyük investor kütləsinə çıxış birinci mərhələdə deyil, növbəti mərhələlərdə nəzərdə tutulur”, - deyə o vurğulayıb.

Murad Süleymanov bildirib ki, 20 min manatadək sifarişlər üzrə birinci mərhələ fiziki şəxslərin kapital bazarına çıxışını stimullaşdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu yanaşma emissiya prospektində açıq şəkildə əks olunub.

O bir daha vurğulayıb ki, bir investor tərəfindən verilən bir neçə sifariş ayrı-ayrılıqda deyil, ümumi şəkildə nəzərə alınacaq. Lakin birinci mərhələdə cəmi sifariş məbləğinin 20 min manatadək olan hissəsi nəzərə alınacaqdır. Beləliklə, bir investorun çoxsaylı kiçik sifarişlər verməklə 20 min manatadək olan birinci mərhələdə süni üstünlük əldə etməsinin qarşısı alınacaq.

“Biz istəyirik ki, geniş əhali kütləsi bu prosesdə iştirak edə bilsin”, - deyə PAŞA Bankın Baş Maliyyə İnzibatçısı bildirib.

“Əsas məsələ IPO deyil, post-IPO mərhələsidir”

Murad Süleymanovun sözlərinə görə, PAŞA Bankın məqsədi təkcə əlavə kapital cəlb etmək deyil. Bu proses kapital bazarında yeni səhmlərin dövriyyəyə çıxarılması, investorların bazara inamının artırılması və yerli fond bazarında yeni mərhələnin başlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Murad Süleymanov bildirib ki, bu, sadəcə səhmlərin yerləşdirilməsi prosesi kimi qiymətləndirilməməlidir. Əsas məsələ IPO-dan sonrakı dövrdə investorlarla kommunikasiya, bazara məlumatların vaxtında açıqlanması və səhmlərin perspektivlərinin düzgün izah edilməsidir.

“Əgər prosesə yalnız IPO kimi baxsaq, bu yanaşma natamam olar. Əsas məsələ post-IPO mərhələsidir. Kommunikasiya necə qurulacaq, investorlar necə məlumatlandırılacaq, perspektivlər necə qiymətləndiriləcək – bunlar daha vacibdir”, - deyə o vurğulayıb.

"Səhmlərin qiymətinə gündəlik baxmaq və qısamüddətli dalğalanmaları əsas götürmək düzgün yanaşma deyil”

PAŞA Bankın Baş Maliyyə İnzibatçısı qeyd edib ki, bank bu prosesdə investorların uzunmüddətli yanaşmasını formalaşdırmaq istəyir. Onun sözlərinə görə, səhmlərin qiymətinə gündəlik baxmaq və qısamüddətli dalğalanmaları əsas götürmək düzgün yanaşma deyil.

“Biz istəyirik ki, investorlar bu bazarda sağlam investisiya təcrübəsi qazansınlar. Bir və ya üç aylıq qiymət dəyişiklikləri əsas meyar olmamalıdır. Əsas məsələ şirkətin uzunmüddətli dəyəri və bazarla davamlı kommunikasiyadır”, - deyə Murad Süleymanov bildirib.

O əlavə edib ki, PAŞA Bankın bu addımı Azərbaycan kapital bazarı üçün mühüm nümunə ola bilər. Bankın məqsədi bazarda daha çox şəffaflıq, investor fəallığı və uzunmüddətli inam formalaşdırmaqdır.

Murad Süleymanovun sözlərinə görə, yerləşdirmə prosesi ilə bağlı indiyədək çoxsaylı suallar daxil olub və bu da investor marağının yüksək olduğunu göstərir. PAŞA Bank isə proses boyu məlumatlandırmanı davam etdirməyi və investorlarla açıq kommunikasiya qurmağı hədəfləyir.

Səhmlərə tələb təklifi keçib – “Artıq 100%-in üzərinə çıxmışıq”

Murad Süleymanov bankın IPO prosesi ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “PAŞA Bank” ASC-nin səhmlərinin ilkin kütləvi təklifi çərçivəsində sifariş kitabı artıq tam həcmdə formalaşıb və təklif olunan səhm həcmini keçib.

Onun sözlərinə görə, prosesin əvvəlində yerləşdirmənin tam həcmdə baş tutub-tutmayacağı ilə bağlı müəyyən suallar olsa da, hazırkı vəziyyət artıq tam yerləşdirməyə imkan verir.

“Bu günə olan məlumata əsasən deyə bilərik ki, sifariş kitabı artıq 100% formalaşıb. Hətta 100%-in üzərinə çıxmışıq. Yəni tələb təklifi üstələyir. Dəyişikliklər hər gün davam edir, amma bu gün üçün deyə bilərik ki, yerləşdirmə tam həcmdə baş tutacaq”, - deyə Murad Süleymanov bildirib.

PAŞA Bankın Baş Maliyyə İnzibatçısı qeyd edib ki, sifarişlərin həcmi hər gün dəyişir və son günlər həm yerli, həm də xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən ciddi maraq müşahidə olunur.

“Son günlər çox böyük sifarişlər gəlir. İnsanlar qərar vermək üçün məlumatları təhlil edirlər. Xarici ölkələrdən də Azərbaycan vətəndaşları yerləşdirmədə iştirak etmək istəyirlər. Ona görə konkret rəqəmlər hər gün dəyişə bilər”, - deyə o vurğulayıb.

Murad Süleymanov allokasiya mexanizminə də aydınlıq gətirib. Onun sözlərinə görə, PAŞA Bankın emissiya prospektində səhmlərin bölüşdürülməsi üzrə 3 səviyyəli yanaşma nəzərdə tutulub.

Birinci səviyyə fiziki şəxslərin 20 min manatadək olan sifarişlərini əhatə edir. İkinci səviyyə fiziki şəxslərin 20 min manatdan yuxarı sifarişlərinə aiddir. Üçüncü səviyyə isə hüquqi şəxslər və digər investor qrupları üçün nəzərdə tutulub.

Murad Süleymanov bildirib ki, bu mexanizmin əsas məqsədi fiziki şəxslərin, xüsusilə də kiçik investorların səhmlərə çıxış imkanlarını artırmaqdır.

“Bizim məqsədimiz burada daha çox fiziki şəxslərin iştirakını təmin etməkdir. Bu yanaşma emissiya prospektində də əksini tapıb. Əgər bir səviyyə tam dolursa, növbəti səviyyəyə keçilir. Tələb təklifi üstələdiyi halda isə sifarişlərin proporsional azaldılması mümkündür”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, əgər müəyyən səviyyədə sifarişlər təklifi üstələyərsə, həmin səviyyə üzrə investorların sifarişləri proporsional qaydada azaldıla bilər. Məsələn, tələb təklifdən 50% artıq olarsa, bu halda investorların sifarişləri müəyyən nisbətdə azaldıla bilər.

Murad Süleymanov əlavə edib ki, emissiya prospektində investorların minimal həcmdə səhm əldə etməsi ilə bağlı incə mexanizmlər də nəzərdə tutulub. Bu, xüsusilə kiçik investorların prosesdən kənarda qalmaması üçün vacibdir.

"Pərakəndə investorların sifarişlərinin təklifi tam bağlaması barədə indiki mərhələdə yekun fikir bildirmək doğru olmaz"

Brifinqdə səsləndirilən suallardan biri fiziki şəxslərin sifarişlərinin ümumi təklifi tam örtüb-örtməməsi ilə bağlı olub. Murad Süleymanov bildirib ki, hazırda ümumi sifarişlər təklifi keçib, lakin yalnız pərakəndə investorların sifarişlərinin təklifi tam bağlaması barədə indiki mərhələdə yekun fikir bildirmək doğru olmaz.

“Bu günə olan məlumatlarla danışırıq. Hər gün dəyişiklik olur. Ona görə hansı səviyyədə nə qədər sifarişin qalacağını indidən demək düzgün olmaz. Bir söz deyirik, sonra başqa cür anlaşıla bilər. Proses davam edir”, - deyə o bildirib.

Murad Süleymanov vurğulayıb ki, PAŞA Bankın əsas niyyəti fiziki şəxslərin kapital bazarında daha fəal iştirakına şərait yaratmaqdır. Bununla yanaşı, yerləşdirmənin uğurlu və tam həcmdə baş tutması da bank üçün vacibdir.

Onun sözlərinə görə, bank bu prosesdə həm kiçik investorların qorunmasını, həm də yerləşdirmənin effektivliyini nəzərə alır.

“Əgər seçim imkanı yaranarsa, fiziki şəxslərə üstünlük verilməsi bizim üçün önəmlidir. Amma yerləşdirmənin tam baş tutması da vacibdir. Mən xatırlamıram ki, bizim bazarda belə böyük miqyaslı proses bu formada həyata keçirilsin”, - deyə PAŞA Bankın Baş Maliyyə İnzibatçısı bildirib.

Murad Süleymanov əlavə edib ki, bu IPO yalnız PAŞA Bank üçün deyil, ümumilikdə Azərbaycanın kapital bazarı üçün mühüm hadisədir. Onun sözlərinə görə, proses investorların bazara marağını artırmaq və kapital bazarında yeni mərhələ formalaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

"Azərbaycan kapital bazarında investorların etibar edə biləcəyi güclü və likvid maliyyə alətlər olmalıdır”

Murad Süleymanov bir daha vurğulayıb ki, Azərbaycan kapital bazarında investorların etibar edə biləcəyi güclü və likvid maliyyə alətlərinin olması vacibdir.

Onun sözlərinə görə, bazarda tanınan, etibarlı və uzunmüddətli investisiya obyekti kimi qəbul edilən səhmlərin formalaşması investor inamının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Bizim fikrimizcə, bazarda belə qiymətli kağızlar olmalıdır. İnsanların investisiyaya inanması, bunu hiss etməsi üçün bu vacibdir. PAŞA Bankın istiqrazları, səhmləri Azərbaycan kapital bazarında mühüm alətlərdən biri ola bilər. Qlobal bazarlarda Microsoft, Nvidia və digər tanınmış şirkətlərin səhmləri necə qəbul olunursa, PAŞA Bankın səhmləri də müasir Azərbaycanın kapital bazarının mühüm ünsürlərindən biri ola bilər”, - deyə Murad Süleymanov bildirib.

PAŞA Bankın Baş Maliyyə İnzibatçısı qeyd edib ki, bank son iki ay ərzində investorlar və vətəndaşlar tərəfindən çoxsaylı suallar alıb. Onun sözlərinə görə, bu suallar əsasən səhmlərin qiyməti, gələcək perspektivlər, dividend siyasəti və post-IPO mərhələsində bankın investorlarla necə işləyəcəyi ilə bağlıdır.

"İnvestorlar səhmlərin qiymətinə yalnız qısamüddətli dalğalanma prizmasından baxmamalıdırlar"

Murad Süleymanov vurğulayıb ki, IPO prosesinin uğuru təkcə səhmlərin yerləşdirilməsi ilə ölçülməməlidir. Əsas məsələ səhmlər yerləşdirildikdən sonra bankın səhmdarlar qarşısında hesabatlılığı, davamlı kommunikasiya siyasəti və bazara vaxtında məlumat açıqlamasıdır.

“Əsas iş IPO deyil. Əsas məsələ post-IPO mərhələsidir. Kommunikasiya necə qurulacaq, səhmdarlar qarşısında hesabatlılıq necə təmin ediləcək, bank bazarı necə məlumatlandıracaq – bunlar çox vacibdir”, - deyə o qeyd edib.

Murad Süleymanov bildirib ki, investorlar səhmlərin qiymətinə yalnız qısamüddətli dalğalanma prizmasından baxmamalıdırlar. Onun sözlərinə görə, səhmlərə gündəlik qiymət dəyişikliyi kimi deyil, uzunmüddətli investisiya aləti kimi yanaşmaq daha doğrudur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

O, şəxsi təcrübəsini də bölüşərək bildirib ki, əvvəllər xarici şirkətlərdən birinin səhmini aldıqdan sonra həmin səhmin qiymətinin qısa müddətdə ciddi düşdüyünü görüb. Bu təcrübə ona göstərib ki, investorlar üçün yalnız qiymət dəyişiklikləri deyil, şirkətin bazarla necə kommunikasiyası və investorlara hansı məlumatları təqdim etməsi də mühüm əhəmiyyət daşıyır.

“Səhmin qiymətinə hər gün baxmaq olmaz. Amma investor üçün sual yaranır: niyə qiymət düşdü, nə baş verdi? Bu sualların cavabı üçün davamlı kommunikasiya lazımdır. İnvestor bilməlidir ki, şirkət nə edir, hansı nəticələr əldə olunur və gələcək perspektivlər necədir”, - deyə Murad Süleymanov vurğulayıb.

Onun sözlərinə görə, PAŞA Bank IPO prosesində təkcə səhmlərin yerləşdirilməsini deyil, həm də investor münasibətlərinin yeni mədəniyyətini formalaşdırmağı hədəfləyir. Bankın məqsədi vətəndaşlarda kapital bazarına etimadı artırmaq, səhmdarlarla açıq və davamlı münasibət qurmaqdır.

"Adətən şirkətlər bazara çıxmazdan əvvəl dividend ödəyirlər. Amma biz bunu etmədik"

Murad Süleymanov bildirib ki, PAŞA Bank IPO prosesinə hazırlıq zamanı investorların etimadını qorumaq və bankın niyyətini açıq göstərmək üçün bir sıra mühüm məqamlara xüsusi diqqət yetirib.

Onun sözlərinə görə, proses zamanı məsləhətçilərlə də müzakirələr aparılıb və PAŞA Bankın IPO-dan əvvəl dividend ödəməməsi xüsusi qeyd olunub.

“Bizə dedilər ki, ilk dəfə görürük hansısa təşkilat dividend verməmiş səhmlərini bazara çıxarır. Adətən şirkətlər bazara çıxmazdan əvvəl dividend ödəyirlər. Amma biz bunu etmədik”, - deyə Murad Süleymanov bildirib.

Qeyd edək ki, PAŞA Bankın yeni səhmdarları da 2025-ci ilin nəticələri üzrə dividend əldə edəcəklər.

İş elanları AzVak.az-da

16 000 investor PAŞA Bankın səhmdarı olmaq üçün müraciət edib

Murad Süleymanov qeyd edib ki, PAŞA Bank səhmlərinə maraq investor sayında da özünü göstərir. Murad Süleymanovun sözlərinə görə, 09 İyun 2026-cı il tarixinə olan məlumata əsasən, səhmlərə sifariş yerləşdirən investorların sayı təxminən 16 min nəfər ətrafındadır.

“Bu gün bizim investor sayımız təxminən 16 min ətrafındadır. Məncə, bu trend özü də marağın hansı səviyyədə olduğunu göstərir”, - deyə PAŞA Bankın Baş Maliyyə İnzibatçısı bildirib.

Murad Süleymanov əlavə edib ki, bu rəqəm Azərbaycan kapital bazarı üçün mühüm göstəricidir və PAŞA Bank IPO-sunun təkcə bank üçün deyil, ümumilikdə bazarın inkişafı baxımından əhəmiyyətini ortaya qoyur.

PAŞA Bank səhmlərinin ikinci bazarda likvidliyini artırmaq üçün market-meykerlərlə danışıqlar aparır

Bankın İdarə Heyətinin üzvü Murad Süleymanov  bildirib ki, “PAŞA Bank” ASC səhmlərinin IPO-dan sonrakı dövrdə ikinci bazarda aktiv ticarət olunması üçün bir sıra istiqamətlər üzrə iş aparır.

Murad Süleymanovun sözlərinə görə, PAŞA Bank üçün əsas məsələlərdən biri səhmlərin yalnız ilkin yerləşdirmə mərhələsində deyil, sonrakı dövrdə də investorlar üçün likvid investisiya aləti kimi qalmasıdır.

O qeyd edib ki, ikinci bazarın formalaşması təklif və tələbin qarşılaşmasından asılıdır. Bu baxımdan bank post-IPO dövründə həm texnoloji platformalar, həm investor münasibətləri, həm də market-meykerlərlə əməkdaşlıq istiqamətində iş aparır.

“İkinci bazar tələb və təklifdir. Burada əsas məsələ alıcı ilə satıcının bir-birini tapmasıdır. Bunun üçün də platformaların olması, prosesin daha sürətli və rahat həyata keçirilməsi vacibdir”, - deyə Murad Süleymanov bildirib.

Onun sözlərinə görə, PAŞA Bank səhmlərinin ikinci bazarda alqı-satqısı üçün müxtəlif investisiya platformalarından istifadə imkanları nəzərdən keçirilir.

Murad Süleymanov bildirib ki, investorların səhmlərlə daha rahat əməliyyat aparması üçün həm mövcud rəqəmsal platformalar, həm də investisiya şirkətlərinin təqdim etdiyi həllər mühüm rol oynaya bilər.

Bank market-meykerlik fəaliyyəti ilə bağlı da danışıqlar aparır

PAŞA Bankın Baş Maliyyə İnzibatçısı qeyd edib ki, bank hazırda market-meykerlik fəaliyyəti ilə bağlı da danışıqlar aparır. Onun sözlərinə görə, bir neçə şirkətlə bu istiqamətdə müzakirələr gedir.

“İki şirkətin market-meyker olacağı məlumdur. Hazırda paralel olaraq iki şirkətlə də danışıqlar aparırıq. Məqsədimiz odur ki, kimlərin bu prosesə marağı varsa, onlarla müzakirə aparılsın. Niyyətimiz bazarın formalaşmasıdır. Kim satmaq istəyirsə, kim almaq istəyirsə, bu prosesin işləməsi lazımdır”, - deyə Murad Süleymanov vurğulayıb.

O əlavə edib ki, PAŞA Bank səhmlərinin likvidliyinin qorunması və artırılması üçün investorlarla davamlı kommunikasiya vacib olacaq. Bank bazardakı qiymət dəyişikliklərinə emosional yanaşma formalaşdırmaq istəmir, əksinə, investorların uzunmüddətli yanaşmasını dəstəkləmək niyyətindədir.

“Biz səhmin qiyməti üç-beş faiz düşəndə də, qalxanda da buna düzgün reaksiya verməliyik. İnvestorlar bunu uzunmüddətli proses kimi görməlidirlər. Bizim işimiz düzgün kommunikasiya qurmaqdır”, - deyə PAŞA Bank rəsmisi qeyd edib.

Murad Süleymanov bildirib ki, bankda investorlarla əlaqələr istiqaməti də xüsusi diqqətdə saxlanılır. Onun sözlərinə görə, post-IPO mərhələsində səhmdarlarla münasibətlərin daha strukturlaşdırılmış formada qurulması nəzərdə tutulur.

O qeyd edib ki, PAŞA Bank institusional investorların da cəlb edilməsində maraqlıdır. Buraya yerli və xarici investorlar, sığorta şirkətləri, banklar, fondlar və digər peşəkar bazar iştirakçıları daxildir.

Murad Süleymanovun sözlərinə görə, “smart money” adlandırılan peşəkar investorların bazara daxil olması həm qiymət formalaşmasına, həm də kapital bazarının institusional inkişafına müsbət təsir göstərə bilər.

“Biz istəyirik ki, bazarda peşəkar investorlar da olsun. Onlar suallar verir, rəqəmlərə baxır, qərarlarını təhlil əsasında qəbul edirlər. Bu, bazarın keyfiyyəti üçün vacibdir”, - deyə PAŞA Bankın Baş Maliyyə İnzibatçısı bildirib.

O əlavə edib ki, ikinci bazarın inkişafı üçün yalnız bankın addımları kifayət deyil. Burada ümumi bazar infrastrukturu, hüquqi mexanizmlər, rəqəmsal həllər və investorların maarifləndirilməsi birlikdə işləməlidir.

Murad Süleymanov bildirib ki, PAŞA Bank bu istiqamətdə təkliflər hazırlayır və bazarın inkişafı ilə bağlı müvafiq tərəflərlə müzakirələr aparmağa hazırdır.

"PAŞA Bank"ın səhmdarı olmaq istəyənlər ipo.pashabank.az veb-saytına daxil olaraq sifariş yerləşdirə bilərlər. 

İş elanları AzVak.az-da

PAŞA Bank Murad Süleymanov PAŞA Bank IPO PAŞA Bank səhmləri 20 min manat limiti kiçik investorlar fiziki şəxslər investor üzrə limit sifarişlərin toplanması allokasiya emissiya prospekti səhmlərin yerləşdirilməsi pərakəndə investorlar kapital bazarı Bakı Fond Birjası IPO mərhələləri hüquqi şəxslər investisiya investorların qorunması səhmlərin bölgüsü
11.06.2026 09:19
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19