Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb. Saizş 4 ili güzəşt müddəti olmaqla, 20 il müddətinə imzalanıb.İyunun 12-də Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi və “Bakı Metropoliteni” QSC ilə AİİB arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə layihə sazişi imzalanıb.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 180 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.
İmzalanma mərasimində maliyyə naziri Sahil Babayev kredit vəsaitinin cəlb olunması məqsədilə beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq geniş hazırlıq işlərinin həyata keçirildiyini bildirib. Nazir qeyd edib ki,bu, son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan ən mühüm maliyyə layihəsi olmaqla yanaşı, həm də Azərbaycan tarixində ictimai nəqliyyat sektoruna cəlb edilən ən böyük beynəlxalq kreditdir.
Öz növbəsində, AİİB-nin Nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmələrin aparıldığını, texniki-iqtisadi əsaslandırmanın işləndiyini və nəticədə layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiq edildiyini qeyd edib. Eyni zamanda, cənab Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam uyğun olduğunu vurğulayıb.
Qeyd edilib ki, 4 il güzəşt müddəti olmaqla, ümumilikdə 20 il müddətinə imzalanmış sazişlər Bakı metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan yaradacaq. Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın modernləşdirilməsi nəzərdə tutulur.
Layihənin icrası şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təminatına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin fərdi avtomobillərdən metro nəqliyyatına keçidini stimullaşdırmaqla, karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 d. əvvəl
- 8 d. əvvəl
-
22 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
24 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 35 d. əvvəl
- 42 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək





















