SpaceX Amazon-dan sonra Microsoft-u da geridə qoydu
SpaceX-ın bazar dəyəri təxminən 3 trilyon dollara çatıb. SpaceX bazar qiyməti baxımından Amazon-u təxminən 300 milyard dollar, Microsoft-u isə təxminən 20 milyard dollar qabaqlayıb.SpaceX səhmləri ilkin kütləvi təklifdən (İPO) qısa müddət sonra sürətlə bahalaşaraq dünyanın açıq bazarda ticarət olunan dördüncü ən böyük şirkəti statusunu əldə etməyə doğru irəliləyib.
MArja xəbər verir ki, şirkətin səhmləri 17%-dək bahalaşıb və SpaceX rekord həcmli IPO-sundan sonra dəyər qazanmağa etməyə davam edib. Bununla da İlon Maskın raket və süni intellekt şirkətinin bazar dəyəri təxminən 3 trilyon dollara çatıb. Bu artımdan sonra SpaceX bazar qiyməti baxımından Amazon-u təxminən 300 milyard dollar, Microsoft-u isə təxminən 20 milyard dollar qabaqlayıb.
SpaceX açıqlamasında süni intellekt əsaslı kodlaşdırma startapı Cursor-u 60 milyard dollar dəyərində razılaşma ilə rəsmi olaraq satın alacağını təsdiqlədiyini bildirib. Şirkətin açıqlamasına görə, Cursor investorları SpaceX səhmləri almaq hüququna malik olacaqlar.
Vanda Research-ün məlumatlarına görə, pərakəndə investorlar yüksəlişin əsas hərəkətverici qüvvəsi olub. Onlar SpaceX səhmlərini ilk iki ticarət günündə ötən həftə bütün ABŞ fond bazarında həyata keçirilən alış həcminə bərabər miqdarda alıblar.
Vanda qeydinə belə yazıb: “Hazırda pərakəndə investorların önəm verdiyi yalnız bir səhm var... SpaceX. Pərakəndə investorlar digər sahələrdə nisbətən ehtiyatlı mövqe nümayiş etdirsələr də, kapitallarını bu tək səhmə yönəltməyə davam edirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
56 d. əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
1 saat əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb






















