İctimai reydlər və maarifləndirici tədbirlərlər keçirilib - FOTOLAR
“Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” layihəsi çərçivəsində ictimai reydlər və maarifləndirici tədbirlərlər keçirilib
"Ailə və Ətraf Mühit" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” adlı layihəsi çərçivəsində növbəti ictimai reydlər və maarifləndirici tədbirlər keçirib.
İctimai Birlikdən verilən məlumata görə, müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumların əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub.
Layihə çərçivəsində işçi qrup və könüllülər Bakı şəhəri Nəsimi və Səbayel rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar. Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və davranış qaydaları haqqında məlumatlar əks olunmuş çap materialları paylanılıb. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış bu materiallarda onların yaş səviyyəsinə uyğun olaraq qanunvericiliyə uyğun yol hərəkəti qaydaları, şəkillər, işarələr və qaydalar əks olunub.
Tədbirdə iştirak edən "BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının ilbəil artaması fonunda yollarda yaranan tıxacların və baş verən qəzaların səbəbləri sırasında insan amili texniki və digər qeyri-subyektiv amillərdən daha öndə dayanır. Burada yol hərəkəti iştirakçılarının və ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, M.Piriyev deyib ki, bu istiqamətdə dövlət qurumları, o cümlədən Bakı Nəqliyyat Agentliyi və daşıyıcı şirkət kimi "BakuBus” tərəfindən geniş maarifləndirmə işləri həyata keçirilir: “Bu baxımdan, ictimai sektorun bu fəaliyyətlərə töhfə verməsi təqdirəlayiqdir”.
Qeyd edək ki, noyabrın 15-dək davam edəcək “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” layihəsinin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaqdır.
Son zamanların trendinə çevrilmiş influencer marketinqi gün keçdikcə daha çox marağa səbəb olur. Həm sosial media istifadəçiləri, həm də markalar zamanın nəbzini tutmaq üçün bu sahəyə üz tuturlar. Bir çox ölkələrdə bu sahə yetərincə inkişaf edib. Hətta bəzilərində influencerlərin bir araya toplaşaraq müntəzəm keçirdiyi tədbirlər ənənə halını alıb. Onlar sosial layihələrdə, markaların təşkil etdiyi tədbirlərdə iştirak edərək maraqlı müzakirələr aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
2 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
-
3 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
3 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
3 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
3 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
3 saat əvvəl
Biletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
4 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
Ən çox oxunanlar
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb


























