970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb

"Bank Respublika" və "OPEC Fund" Azərbaycanda sahibkarlığın inkişafına dəstək üçün kredit sazişi imzalayıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanın aparıcı banklarından biri olan və ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə OPEC Fund for International Development arasında 20 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.

Dörd il müddətinə ayrılan maliyyə vəsaiti Azərbaycanda özəl sektorun inkişafına, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Reklam_3_11

Sazişi Bank Respublika ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov və OPEC Fondunun Prezidenti Dr. Əbdülhəmid Əlxəlifə imzalayıblar. İmzalanma mərasimi OPEC Fondunun 50 illik yubileyinə həsr olunmuş "OPEC Fund Development Forum 2026" çərçivəsində Vyana şəhərində keçirilib.

İmzalanma mərasimində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Anar Axundov və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rövşən Sadıqbəyli də iştirak ediblər.

Cəlb olunmuş maliyyə vəsaiti Bank Respublika-ya real sektorun dəstəklənməsini daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi həcmini artırmağa imkan verəcək. Vəsaitlər yeni iş yerlərinin yaradılmasına, bizneslərin inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verən layihələri həyata keçirən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcək.

OPEC Fondunun Prezidenti Əbdülhəmid Əlxəlifə bildirib: “Yerli valyutada təqdim etdiyimiz ilk kredit OPEC Fondu üçün əlamətdar hadisədir. Bu, maliyyə alətlərimizin daha da zənginləşməsinə xidmət etməklə yanaşı, innovativ həllər vasitəsilə inkişaf təsirimizi artırmağa imkan verir. Yerli valyutada maliyyələşmə risklərin azaldılması və investisiyaların təşviqi üçün mühüm vasitədir. Azərbaycanda bu istiqamətdə ilk tərəfdaşımızın Bank Respublika kimi güclü və etibarlı maliyyə institutu olması bizim üçün xüsusi əhəmiyyət daşıyır və uzunmüddətli əməkdaşlığımız üçün möhkəm zəmin yaradır.

Bank Respublika-nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov qeyd edib: “Bu saziş bizim üçün sadəcə maliyyələşmə deyil. Bu, beynəlxalq inkişaf maliyyələşdirilməsi sahəsində ən nüfuzlu qurumlardan biri olan OPEC Fund tərəfindən Bank Respublika-ya göstərilən etimadın mühüm göstəricisidir. Biz Dr. Əbdülhəmid Əlxəlifə və onun komandasına yüksək peşəkarlığa və səmimi qəbula görə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu saziş Bank Respublika ilə OPEC Fund arasında uğurlu və uzunmüddətli tərəfdaşlığın möhkəm təməlini qoyacaq”

30.06.2026 10:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19