Ən yaxşı mobil şəbəkənin Bakcell-də olduğu elan edildi
Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.
“P3 Communications” şirkətinin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektri üzrə müştəri təcrübəsinin ölçülməsinə əsaslanır.
"Marja" xəbər veri ki, bu gün keçirilmiş mətbuat konfransında bildirilib ki, mobil rabitə şəbəkələrinin müqayisəli testləri həm səs, həm də mobil internet xidmətləri üzrə 2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində, o cümlədən, şəhərlərdə, qəsəbələrdə və əsas yollarda keçirilib.
100% səyyar test formasında təşkil olunan bu testlərin 55%-i Bakı, Gəncə, Şəki, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və s. şəhərlərdə, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran və s. bu kimi daha kiçik şəhərlər və bu şəhərlərlə qəsəbələr arasında olan yollarda keçirilib.
Testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.
“Mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider tərəfindən Bakcell şəbəkəsinin sınaq nəticələrinə görə ən yaxşı mobil şəbəkə (“the best in test”) elan edilməsi bizi çox sevindirir. Bakcell öz müştəriləri üçün ən qabaqcıl mobil istifadəçi təcrübəsini təmin etmək məqsədilə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirir. Bizim 3G və 4G şəbəkələrimiz daim təkmilləşdirilir və regionları da əhatə etmək üçün genişləndirilir. Şəbəkənin təkmilləşdirilməsi üçün biz yeni texnologiyalardan istifadə edirik ki, bu da, öz növbəsində, Bakcell şəbəkəsinin üstünlüyünü təmin etmiş olur. Artıq 2-ci ildir ki, Bakcell şəbəkəsi müqayisəli testlər aparan müstəqil beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı şəbəkə kimi tanınır və mən inanıram ki, Bakcell abunəçilərinə ən qabaqcıl mobil istifadəçi təcrübəsini təklif etməklə, biz bu nailiyyətimizi qarşıdan gələn illərdə də qoruyub saxlayacağıq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)


.jpg)




