Kiloqramını 4-5 manata satıb, ruhlandılar
Tovuzda oktyabrın əvvəlindən sarımsaq əkininə başlanıb. Ötən il rayon ərazisində məhsuldarlıq və qiymətlər yaxşı olduğundan təsərrüfat sahibləri bu il əkin sahələrini bir qədər də genişləndirmək fikrindədirlər.
Bu sahə üzrə ixtisaslaşan Aşağı Mülkülü kəndində keçən mövsüm 50 hektara sarımsaq səpilmişdisə, bu il əkin sahələri təxminən 2 dəfə genişləndirilib. Qeyd edək ki, ötən il əkin sahələrindən 300 tondan çox sarımsaq istehsal edilmişdi.
Aşağı Mülkülü kənd sakini Nüşabə Tağıyeva deyib: “Keçən il yarım hektar sahədə sarımsaq əkmişdik. Sahələrdən bol məhsul götürdük. Cari ildə sarımsaq əkilən sahələri bir hektara çatdırmaq istəyirik.”
Aşağı Mülkülü kənd sakini Şəbnəm Vəliyeva isə bildirib ki, ötən il 10 sot sahədə sarımsaq əkib. Sahələrdən 600 kiloqram məhsul toplayıblar və kiloqramını 4-5 manata satıblar. Ona görə də bu il sarımsaq sahələrini bir hektara qədər genişləndiriblər.
Tovuzda ötən illə müqayisədə sarımsaq sahəsi 20-30 hektar genişləndirilib. Havaların əlverişli keçməsindən istifadə edən təsərrüfatçılar səpin prosesini oktyabrın sonunadək yekunlaşdırmağı planlaşdırıblar.
Olduqca gəlirli bitki olan sarımsaq əl əməyi ilə becərilir. Texnika demək olar ki, təkcə şum işlərində kəndlilərin köməyinə yetir.
Soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növü olan sarımsaqdan məişətdə, həmçinin xalq təbabətində geniş istifadə edilir. Mədə-bağırsaq xoralarının müalicəsində, avitaminozda, zob xəstəliklərində istifadə olunur. Sarımsaq bakteriyaya qarşı da qüvvətli təsirə malikdir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
2 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
2 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
3 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
























