Nazir: Avtobus istehsal etmək istəyirik
Gələcəkdə İranla Azərbaycan arasındakı dəmir yolu xəttinin Rəşt-Astara hissəsinin tikintisi birgə aparılacaq.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, həm bu, həm də iki ölkə arasında energetika, ticarət, turizm və sənaye sahələrində əməkdaşlığa dair Bakıda səfərdə olan İranın maliyyə naziri Məsud Karbasianla (Masoud Karbasian) müzakirələr aparıb: "2016-cı ildə ticarət dövriyyəmiz 2015-ci ilə nisbətən 70%, bu ilin ilk 9 ayında isə 33% artıb".
Ş.Mustafayev qeyd edib ki, iki ölkənin iş adamlarının Neftçala Sənaye Məhəlləsində birgə inşa etdiyi avtomobil zavodu bu ilin sonunda təhvil veriləcək.
"Kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmış müəssisənin yaradılması haqqında müzakirələr apardıq. Neftçala Avtomobil Zavodunu ilin sonuna kimi istifadəyə vermək istəyirik. Artıq noyabrda avadanlıqların təchizinə başlanılacaq. İstəyirik, açılış dekabrda olsun. Ola bilsin, bu proses gələn ilin ilk aylarına kimi yubansın", - deyə nazir əlavə edib.
Bununla yanaşı nazir müəssisədə avtobus istehsalının mümkünlüyünü də istisna etməyib: "Ola bilsin ki, gələcəkdə Neftçala Avtomobil Zavodunda avtobus istehsalına başlanılsın. Artıq ilkin müzakirələrə başlanıb".
Nazir, "Pirallahı Sənaye Parkında isə İranla birgə əczaçılıq müəssisə yaradılır. Hazırda layihələndirmə işləri aparılır, gələn il tikintisi həyata keçiriləcək. Biz kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olan birgə müəssisəsinin yaradılması üzərində də işləyirik, hazırda danışıqlar aparılır. Bundan başqa, kənd təsərrüfatı sahəsində digər birgə müəssisələrin yaradılmasına üzərində də işlər gedir", deyə əlavə edib.
Nazirin sözlərinə görə, iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir: "Bunun kökündə Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi durur. Xüsusilə qeyd etmək istərdim ki, son illər əlaqələrimiz sürətlə inkişaf edir. Energetika, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm sahələrində uğurlu əməkdaşlığı vurğulamaq olar. Bilirsiniz ki, İranla Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizini yaradır və bu istiqamətdə böyük işlər görülür. Artıq layihənin birinci mərhələsi başa çatdırılıb. İran İslam Respublikasının sərhədinədək dəmir yolu inşa edilib. Hazırda İran ərazisində müvafiq terminalların və logistik mərkəzlərin inşası davam etdirilir. Gələcəkdə Rəşt-Astara dəmir yolu layihəsini biz birgə həyata keçirəcəyik. Bu məsələ də həmkarımla görüşümdə müzakirə olundu".
© Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)






