“FINCA Azerbaijan” ötən ilki vəziyyətini şərh etdi - "Çətinliklərlə üzləşdik"
“FINCA Azerbaijan”ın 2016-cı il maliyyə hesabatı barədə mətbuat üçün açıqlama yayıb.
Təşkilatdan "Marja"ya daxil olmuş açıqlamada bildirilir ki, 2015-ci ilin sonunda ölkədə manatın ikinci dəfə devalvasiyasından sonra bazardakı digər maliyyə qurumları kimi “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı da kredit portfelinin keyfiyyətinin qorunmasında müəyyən çətinliklərlə üzləşdi:
"Təşkilat 2016-cı ildə əsas diqqətini əməliyyat xərclərini optimallaşdırmağa və işlək olmayan aktivlərin mənfi təsirini azaltmağa yönəltdi. Bütün atılan addımlara baxmayaraq, Təşkilat 2016-cı ildə əsasən gecikmiş kredit portfeli üçün artmış proviziya xərcləri səbəbindən ili zərərlə başa vurdu.
Təşkilat 2016-cı ildən etibarən xərclərini əhəmiyyətli dərəcədə azaltmış və əsas diqqəti səmərəliliyin artırılması istiqamətində cəmləşdirməklə 2017-ci ildə iqtisadi adaptasiya prosesini yekunlaşdıraraq müsbət nəticələr əldə etmişdir".
Açıqlamada qeyd olunur ki, “FINCA Azerbaijan” hesab edir ki, mürəkkəb dövr artıq geridə qalıb və biznes fəaliyyətinin yenidən yüksəlməsi sayəsində 2018-ci ildə müsbət artımlar olacaqdır. Hazırda Təşkilatın nizamnamə kapitalı bank olmayan kredit təşkilatları üçün müəyyənləşdirilmiş minimum həddən 10 dəfədən də çoxdur. Bu il defisint aradan qaldırılıb və təşkilatın cəmi kapitalı müsbətdir.
FINCA Azerbaijan” “FINCA Impact Finance” qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir. “FINCA Impact Finance” aztəminatlı şəxslərə və cəmiyyətlərə sosial məsuliyyətli maliyyə xidmətləri təklif edən və cəmiyyətin gələcəyinə investisiya qoyan 20 mikromaliyyə qurumu və banklardan ibarət olan şəbəkəni əhatə edir. Şəbəkənin əsas sahibi aztəminatlılara iqtisadi inkişaf yaratmaqda dəstək olmağı hədəf qoymuş mikromaliyyə və qeyri-kommersiya qurumu “FINCA International”dır.
Xəbər verdiyimiz kimi, 2016-cı ildə “FINCA Azerbaijan”ın öhdəlikləri aktivlərini üstələyib və kapitalında defisit yaranıb. Ətraflı:http://marja.az/news/15395
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)






